Xiaomi ilk elektrik avtomobilini təqdim etdi - FOTOLAR
Xiaomi ilk elektrik avtomobili olan SU7-ni təqdim etdi. Şirkət, Tesla Model S və Porsche Taycan Turbo-nu rəqibləri kimi göstərib. Avtomobilin batareyası tam enerji yığdıqda 800 km-dək məsafəni qət edə bilir. Model 73,6 kVt/saat və 101 kVt/saat tutumlu akkumulyator paketləri seçimi ilə təklif olunacaq.Xiaomi şirkəti ilk elektrik avtomobilini - SU7-ni təqdim edib.
Marja.az-ın məlumatına görə, Xiaomi baş direktoru Lei Jun bildirib ki, şirkətin məqsədi Porsche və Tesla ilə rəqabət aparacaq elektromobil yaratmaqdır.
Lei Jun deyib ki, Xiaomi dünyanın aparıcı avtomobil istehsalçısı olmağı planlaşdırır.
SU7 (Speed Ultra) elektrik avtomobilinin gələn il satışa çıxarılacağı gözlənilir. Bloomberg yazır ki, SU7-nin mühərrikinin sürəti Tesla Model S və Porsche Taycan Turbo-dan yüksəkdir. Şirkətin Baş direktoru Lei Jun, Xiaomi-nin elektrik avtomobilinin performans baxımından bu iki modellə rəqabət aparacağını gözləyir. Çində Model S-in qiyməti 698 900 yuandan (98 854 dollar), Taycan isə 898 000 yuandan (127 015,5 dollar) başlayır. Xiaomi hələ SU7-nin neçəyə olacağını açıqlamayıb, lakin çoxları onun 200.000-300.000 yuan (28.288.5-42.433 dollar) qiymət aralığına satışa təqdim olunacağını gözləyir.
Lei Jun 10 milyard dollarlıq mərc edib ki, Xiaomi smartfon bazarında olduğu kimi nəqliyyat sektorunu da silkələyə bilər. Top menecer bu layihəni özünün sonuncu sahibkarlıq mərci adlandırıb.
SU7 iki versiyada təqdim olunacaq. Müştərilərə 300 at gücünə malik elektrik aqreqatı olan arxa ötürücülü sedan və tam ötürücülü 673 at güclü Xiaomi SU7 modelləri satışa çıxarılacaq. Avtomobillərin maksimal sürəti müvafiq olaraq 210 və 265 km/saatdır. Avtomobil üçün elektrik mühərrikləri Şanxay şirkəti United Automotive Electronics tərəfindən təmin edilir. SU7-nin mənzili versiyadan asılı olaraq 668 ilə 800 km arasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















