Müvəkkil investisiya şirkəti "PAŞA Kapital" ilə istiqrazlarınızı zəmanətli yerləşdirin
"PAŞA Kapital" müvəkkil investisiya şirkəti statusunu alıb.(®) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti tərəfindən təsdiq edilmiş “İstiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun təminat verməsi Qaydası”na əsasən "PAŞA Kapital" müvəkkil investisiya şirkəti statusunu almışdır.
Bunun müqabilində şirkət müştərilərinə "İstiqrazlar üzrə zəmanət mexanizmi"ni təqdim edəcəkdir.
"İstiqrazlar üzrə təminat mexanizmi" yerli bazarda fəaliyyət göstərən emitentlər (sahibkarlar) üçün alternativ maliyyə imkanları yaratmaq məqsədlidir. Həmçinin bu mexanizm, qiymətli kağızlar bazarının inkişafına dəstək olmağa və investorların risklərinin bölüşdürülməsinə yardım olacaqdır. Qeyd edək ki, təyin olunan bu zəmanət korporativ istiqrazların likvidliyini və cəlbediciliyini artıracaq, eləcə də investorların maraqlarını qoruyacaqdır.
İstiqrazlar üzrə təqdim edilən zəmanətin üstünlükləri:
•Sahibkarların maliyyə resurslarına çıxış imkanının artması,
•Qiymətli kağızlar bazarının inkişafına dəstək,
•İnvestorların risklərinin bölüşdürülməsi.
Zəmanət veriləcək istiqrazlara şamil edilən əsas tələblər:
•Məcmu nominal dəyər minimum 1 000 000 AZN təşkil etməlidir,
•Tədavül müddəti maksimum 7 il olmalıdır,
•Zəmanət istiqrazların məcmu nominalının qalıq dəyəri üzrə təqdim edilir,
•Yalnız manatla ifadə olunan korporativ istiqrazlara təminat verilir,
•Bir emitentin bütün emissiya prospektləri üzrə zəmanət verilən istiqrazlarının məcmu nominal dəyəri ilə həmin emitentin daxil olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən kreditlərinin məbləğinin cəmi 10 000 000 (on milyon) AZN-dən çox olmamalıdır.
Emitentlərə (sahibkarlara) dair tələblər aşağıdakı kimidir:
•Vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalı,
•Müvafiq lisenziyaya və ya icazəyə malik olmalı (qanunvericiliklə tələb olunduqda),
•Fonda və müvəkkil investisiya şirkətinə aidiyyəti şəxs olmamalı,
•Kredit öhdəlikləri üzrə 60 gündən artıq gecikməsi olmamalı və ya son 1 il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olmamalı,
•Emitentin bank hesabları üzərində pul vəsaitinin silinməsinə dair hazırda müvafiq sərəncam olmamalı,
•Qeyri-neft sektorunda fəaliyyət göstərməlidir,
•Nizamnamə kapitalında dövlətin iştirak payı 50 %-dən çox olmamalı.
Ölkənin aparıcı investisiya şirkətlərindən biri olaraq "PAŞA Kapital" şirkəti öz müştərilərinə Azərbaycan bazarından qısa və ya uzun müddətlərə kapital cəlb etmək üçün səhm, eləcə də müxtəlif valyutalarda istiqrazların yerləşdirilməsini vasitəçilik xidməti ilə yerli və xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılmasını təqdim edir. Qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində həm xarici, həm də yerli bazarda əməliyyat həcminə görə öz liderlik mövqeyini qoruyub saxlayır. Belə ki, Bakı Fond Birjası tərəfindən cari ilin yanvar-noyabr ayları üçün açıqlanan hesabata əsasən şirkətin dövriyyə həcmi 17 milyard 450 milyon manat təşkil etmiş, xarici bazar üzrə isə noyabr ayının sonuna saxlanılan qiymətli kağızların həcmi 696 milyon AZN olmuşdur.
Əlaqə üçün: 1548
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)




.jpg)



.jpg)











