Əhalinin banklarda müddətli əmanətləri artıb
Azərbaycan banklarında fiziki şəxslərin cəmi depozitləri (əmanətləri) 2023-cü ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 17 milyon 601 min manat azalaraq 12 milyard 253 milyon 546 min manata düşüb. Oktyabrın sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətləri 12 milyard 271 milyon 147 min manat təşkil etmişdi.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən, müddətli depozitlər 138 milyon 801 min manat artaraq 6 milyard 736 milyon 545 min manata yüksəlib, tələbli depozitlər isə 156 milyon 422 min manata azalaraq 5 milyard 516 milyon 980 min manata geriləyib.
Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 21,5 milyon manata azalaraq 271,4 milyon manata geriləyib. Oktyabrın sonunda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 292,9 milyon manat təşkil etmişdi.
2022-ci ilin sonunda fiziki şəxslərin cəmi depozitləri 11 milyard 482 milyon 954 min manat, o cümlədən müddətli əmanətlər 6 milyard 204 milyon 82 min manat, tələbli əmanətlər 5 milyard 278 milyon 861 min manat təşkil etmişdi. Cari ilin 11 ayı ərzində müddətli əmanətlər cəmi 532 milyon 463 min manat, tələbli əmanətlər isə 238 milyon 119 min manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























