Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Valyuta mübadiləsi fəaliyyətilə bağlı yeni tələblər - QƏRARLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Valyuta mübadiləsi fəaliyyətilə bağlı yeni tələblər - QƏRARLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər 

1.      Ümumi müddəalar

Bu Tələblər “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun)  13-10.1-ci, 13-10.4-cü və 13-10.10-cu maddələrinə müvafiq olaraq hazırlanmışdır və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin nizamnamə (şərikli) kapitalının minimum miqdarını, mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər əlavə obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarını, habelə girov vəsaitinin məbləğini və geri alınmasına dair rəyin formasını müəyyən edir.

 2.      Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin nizamnamə (şərikli) kapitalının minimum miqdarı

2.1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərin nizamnamə (şərikli) kapitalının minimum miqdarı və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər əlavə obyekt üçün minimum nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı aşağıdakı  cədvəldə əks olunan həcmdə müəyyən edilir:

 

 

I bölgə

II bölgə

III bölgə

IV bölgə

Nizamnamə (şərikli) kapitalının minimum miqdarı

600 000 (altı yüz min) manat

450 000 (dörd yüz əlli min) manat

375 000 (üç yüz yetmiş beş min) manat

300 000 (üç yüz min) manat

Nizamnamə (şərikli) kapitalının hər əlavə obyekt üçün artırılmalı hissəsi

300 000 (üç yüz min) manat

150 000 (yüz əlli min) manat

75 000 (yetmiş beş min) manat

0 (sıfır) manat

 

Burada:

I bölgə - Bakı şəhəri;

II bölgə - Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri;

III bölgə - I, II və IV bölgələr istisna olmaqla, digər şəhər və rayonlar, habelə Naxçıvan Muxtar Respublikası;

IV bölgə - Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləridir.

2.2. Bu Tələblərdə nəzərdə tutulan nizamnamə (şərikli) kapitalına dair tələblər eynilə qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinə şamil edilir.

2.3. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs fəaliyyət göstərdiyi bölgəni, o cümlədən əlavə obyektin yerləşdiyi bölgəni dəyişdirdikdə bu Qaydanın 2.1-ci bəndinin tələblərinə riayət etməlidir.

3.      Girov vəsaitinin məbləği

3.1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba bu Qaydanın 2.1-ci və 2.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, minimum nizamnamə (şərikli) kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir.

3.2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs Qanunda nəzərdə tutulmuş hallarda, o cümlədən bu Tələblər ilə müəyyən edilmiş girov vəsaitinin məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən azaldıldıqda, bu Tələblərə 1 nömrəli Əlavə ilə müəyyən edilmiş formada Mərkəzi Bankın rəyini təqdim etməklə müvəkkil bankdan müvafiq olaraq girov vəsaitini və ya girov vəsaitinin artıq olan hissəsini geri ala bilər.

4.      Keçid müddəalar

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər bu Tələblər qüvvəyə mindiyi tarixdən 6 (altı) ay ərzində bu Tələblərdə müəyyən edilmiş minimum nizamnamə (şərikli) kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı  müvafiq tədbirlər görməli və bununla əlaqədar müvafiq sənədləri həmin müddətdə Mərkəzi Banka təqdim etməlidirlər.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 3-cü maddəsinin 5-ci və 6-1-ci hissələrinə, 13-9-cu maddəsinə və  “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 53.4-cü və 53.7-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydalarını, o cümlədən valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərini, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısını, valyuta mübadiləsi əməliyyatları üzrə hesabatın (maliyyə hesabatları istisna olmaqla) və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərini, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi əraziləri, aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddinə dair tələbləri, habelə valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını və yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, forması və məzmunu ilə bağlı tələbləri müəyyən edir.

1.2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (bundan sonra – ƏL/TMM Qanunu) və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl etməlidirlər.

1.3. Qanunun 1-ci maddəsinin 7-2-ci hissəsinə əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin fəaliyyətinin müstəsna predmeti valyuta mübadiləsi fəaliyyətidir.

2. Əsas anlayışlar

2.1.  Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. valyuta mübadiləsi məntəqəsi – valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının həyata keçirildiyi yer (obyekt);

2.1.2. valyuta mübadiləsi əməliyyatı – xarici valyutanın nağd qaydada alınması, satılması və dəyişdirilməsi üzrə əməliyyat;

2.1.3.  xarici valyutanın nağd qaydada dəyişdirilməsi – xarici dövlətin nağd xarici valyutasının həmin xarici dövlətin digər nominalda nağd xarici valyutasına dəyişdirilməsi;

2.1.4. nağd xarici valyuta – xarici dövlətdə, yaxud dövlətlər qrupunda qanuni ödəniş vasitəsi olan banknot və sikkə formasında pul nişanı;

2.1.5. xəzinədar – valyuta mübadiləsi əməliyyatlarını, habelə bu Qayda ilə nəzərdə tutulan qeydiyyatın aparılması və hesabatların hazırlanmasını həyata keçirən şəxs;

2.1.6. əməliyyat günü – gün ərzində valyuta mübadiləsi məntəqəsində müştərilərə xidmət göstərilən iş vaxtı;

2.1.7. əməliyyatların qeydiyyatı – aparılan mübadilə əməliyyatlarının müvafiq qaydada rəsmiləşdirilməsi;

2.1.8. mübadilə məzənnəsi – Azərbaycan Respublikasının milli valyutasının xarici valyutaya nisbətdə alış və ya satış məzənnəsi;

2.1.9. faktiki mübadilə məzənnəsi – komisyon haqq (xidmət haqqı) tətbiq edildikdə, alış məzənnəsindən komisyon haqqın çıxılması və ya satış məzənnəsi ilə komisyon haqqın (xidmət haqqının) toplanması yolu ilə hesablanan məzənnə;

2.1.10. valyuta əməliyyatlarının qeydiyyat proqram təminatı – valyuta mübadiləsi məntəqəsinə xarici valyutanın nağd qaydada alınması, satılması və dəyişdirilməsi üzrə əməliyyatların qeydiyyatını və müvafiq hesabatların çıxarılmasını təmin edəcək xüsusi proqram təminatı;

2.1.11. iri ticarət mərkəzi – içərisində ticarət, ictimai iaşə, əyləncə, istirahət və (və ya) digər oxşar xidmətlərin təşkil edilməsi üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi və giriş/çıxışları mühafizə olunan əmlak kompleksi.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda müəyyənləşdirilmiş mənaları ifadə edir.

3. Valyuta mübadiləsi əməliyyatlarının aparılması 

3.1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir. 

3.2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

3.3. Valyuta mübadiləsi məntəqələrində aşağıdakı valyuta mübadiləsi əməliyyatları həyata keçirilir:

3.3.1. nağd xarici valyutanın nağd milli valyuta ilə alınması və satılması;

3.3.2. bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;

3.3.3. xarici valyutanın nağd qaydada dəyişdirilməsi.

3.4. Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

3.5. Əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.

3.6. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq olmamalıdır.

3.7. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

4. Texniki təchizat və təhlükəsizlik tələbləri

4.1. Valyuta mübadiləsi məntəqəsi aşağıdakı zonalarda təşkil oluna bilər:

4.1.1. I qrup zonalar – hava limanlarının aerovağzal kompleksi;

4.1.2. II qrup zonalar – iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar;

4.1.3. III qrup zonalar – köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələri.

4.2. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız I və II qrup zonalarda açıla bilər.

4.3. Valyuta mübadiləsi məntəqəsi hər bir xəzinədar üçün azı 6 (altı) kvadrat metr sahəyə, müştəriyə xidmət göstərilməsi üçün isə azı 4 (dörd) kvadrat metr (III qrup zonalarda azı 6 (altı) kvadrat metr) sahəyə malik olmalıdır. 

4.4.  Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir.

4.5. Valyuta mübadiləsi məntəqəsinin xəzinədarının fəaliyyət göstərdiyi sahənin ön divarından vizual müşahidə təmin olmalı, müşahidə pəncərəsi antivandal şüşə ilə əhatə edilməli və müştərilərdən pulların qəbulu və ötürülməsi üçün xəzinədar tərəfindən açılan “ötürücü qurğu” ilə təmin edilməlidir.

4.6. Valyuta mübadiləsi məntəqəsində müşahidə kameraları, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə müvafiq yanğından mühafizə-xəbərdarlıq qurğuları, telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalıdır.

4.7. Müşahidə kameraları xəzinədarı və müştərini, habelə müştəriyə xidmət sahəsini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 6 (altı) ay müddətində qeydə alındığı valyuta mübadiləsi məntəqəsində,  əlavə obyekt olduğu halda həmin görüntülərin ehtiyat nüsxələri isə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin əsas binasında saxlanmalıdır.

4.8. Valyuta mübadiləsi məntəqəsi hesablama, pulsayan, pulların həqiqiliyini yoxlayan avadanlıqlarla və odadavamlı seyflə təmin edilməlidir.

4.9. Valyuta mübadiləsi məntəqəsi aparılan hər bir əməliyyatın qeydə alınması üçün texnoloji vasitələr (kompüter, printer) və müvafiq proqram təminatı, video müşahidənin aparılması üçün texnoloji vasitələr ilə təmin edilməlidir. Valyuta əməliyyatlarının qeydiyyat proqram təminatı əməliyyat günü ərzində valyuta mübadiləsi əməliyyatlarının, həmçinin hər bir valyuta üzrə müəyyən olunmuş alış və satış məzənnəsinin qeydiyyata alınmasını, kassa işinin aparılmasını və ləğv olunmuş əməliyyatların qeydiyyatını təmin etməlidir.

4.10. Valyuta mübadiləsi məntəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin Siyahısı”na uyğun olaraq dövlət orqanları tərəfindən mühafizə edilir. Valyuta mübadilə məntəqəsinin mühafizəsi məntəqənin elektron mühafizə sistemlərinin 24 saat ərzində mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulması və iş saatları ərzində silahlı mühafizə edilməsi yolu ilə təşkil edilir. Qeyri-iş saatlarında 20 000 (iyirmi min) manat ekvivalentindən çox məbləğdə pul saxlanan valyuta mübadilə məntəqəsində hər hansı səbəbdən mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulma mümkün olmadıqda məntəqənin silahlı mühafizəsi təmin edilməlidir.

4.11. Valyuta mübadiləsi məntəqəsi tərəfindən 20 000 (iyirmi min) manatdan və ya ekvivalentindən 200 000 (iki yüz min) manata və ya ekvivalentinə qədər pul vəsaitinin daşınması silahlı mühafizə xidmətinin müşayiəti ilə həyata keçirilir. 200 000 (iki yüz min) manat və ya ekvivalenti və daha artıq pul vəsaitinin təhlükəsiz daşınması silahlı mühafizə ilə təmin edilməklə inkassasiya xidməti göstərən şəxslər tərəfindən həyata keçirilməlidir.

4.12. Valyuta mübadiləsi məntəqəsində müştərilərin görə biləcəyi yerdə asan oxunan və aydın şəkildə aşağıdakı məlumatlar əks olunmalıdır:

4.12.1. xüsusi elektron lövhədə (lövhənin üzərində valyuta mübadiləsi məntəqəsinin adı nəzərə çarpan hərflərlə yazılmalıdır) mübadilə məzənnəsi, komisyon haqq (xidmət haqqı) tətbiq edildikdə isə faktiki mübadilə məzənnəsi;

4.12.2. tətbiq edildikdə, komisyon haqq (xidmət haqqı);

4.12.3. valyuta mübadiləsi məntəqəsinin iş vaxtı;

4.12.4. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən verilmiş lisenziyanın və lisenziyaya əlavənin (olduqda) surəti;

4.12.5. istehlakçıların müraciət edə bilməsi üçün Mərkəzi Bankın “qaynar xətt”i barədə məlumat.

4.13. Valyuta mübadilə məntəqəsi müştərinin tələbi ilə valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın və ya onun əlavəsinin surətini təqdim etməlidir.

4.14. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs tərəfindən lisenziyanın, o cümlədən onun əlavəsinin alınması üçün müraciət zamanı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2.9-cu maddəsinə uyğun olaraq bu Qaydaya 1 nömrəli Əlavədə müəyyən edilən sənədlər, habelə bu Qaydaya 4 nömrəli Əlavədə müəyyən olunmuş formada tərtib edilmiş valyuta mübadiləsi məntəqəsinin xəzinədarının anketi təqdim edilir. Bu sənədlərdə dəyişiklik olduqda, o cümlədən xəzinədar dəyişdikdə bu barədə məlumat və müvafiq sənədlər 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim olunur.

4.15. Müştərilərin mübadilə etdikləri pul vəsaitləri valyuta mübadiləsi məntəqəsində saxlanıla bilməz.

5. Təşkilati tələblər

5.1. Valyuta mübadiləsi məntəqəsinin iş rejimi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış  şəxs tərəfindən əmrlə müəyyən edilir.

5.2. Xəzinədar üzərində onun soyadı, adı, atasının adı, vəzifəsi və şəkli əks olunmuş tanınma nişanı olmalıdır. Xəzinədar tərəfindən öz səlahiyyətlərinin başqa şəxsə verilməsinə və valyuta mübadiləsi məntəqəsinə kənar şəxslərin daxil olmasına yol verilməməlidir.

5.3. Xəzinədar tərəfindən səliqəli geyim tərzinə əməl edilməlidir.

6. Valyuta mübadiləsi əməliyyatlarının aparılması üzrə hesabat

6.1. Valyuta mübadiləsi məntəqəsində hər bir əməliyyatın həyata keçirildiyi anda bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilən formada qeydiyyatı aparılmalıdır.

6.2. Valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün əldə edilən, habelə aparılan valyuta mübadiləsi əməliyyatlarına dair məlumat və sənədlər ƏL/TMM Qanununun tələbinə müvafiq olaraq saxlanılmalıdır.

6.3. Valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilir.

6.4. Valyuta mübadiləsi qəbzi iki nüsxədə hazırlanır və qəbzdə tətbiq edildikdə, komisyon haqq (xidmət haqqı) göstərilir. Qəbzin bir nüsxəsi müştəriyə verilir, digər nüsxəsi isə valyuta mübadiləsi məntəqəsində saxlanılır.

6.5.  Valyuta mübadiləsi məntəqəsində gün ərzində aparılan valyuta mübadiləsi əməliyyatlarının qeydiyyat məlumatları əsasında bu Qaydaya 3 nömrəli Əlavədə müəyyən edilmiş formada “Gün ərzində kassa dövriyyələri haqqında Arayış” tərtib edilir.

6.6. Əməliyyat günü başa çatdıqdan sonra “Gün ərzində kassa dövriyyələri haqqında Arayış” məlumatları əsasında kassanın faktiki qalığı hər bir valyuta növü üzrə yoxlanılır. Arayışda göstərilən məlumatlarla faktiki kassa qalığı arasında fərq aşkar edildikdə valyuta mübadiləsi məntəqəsinin xəzinədarı kənarlaşmanı müvafiq aktla rəsmiləşdirir və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin rəhbərliyinə (rəhbər funksiyalarının xəzinədar tərəfindən icra olunduğu hallar istisna olmaqla) təqdim edir.

6.7. Aşkar edilmiş kənarlaşma faktı üzrə və fərqin səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılmalı və müvafiq tədbirlər görülməlidir.

7. Məlumatların təqdim olunmasına dair tələblər

7.1. Bu Qaydaya 5 nömrəli və 6 nömrəli əlavələrdə müəyyən edilmiş formada hazırlanmış valyuta mübadiləsi məntəqəsinin fəaliyyəti barədə və valyuta mübadiləsi əməliyyatlarına dair aylıq hesabatlar növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilir.

7.2. Bu Qaydanın 7.1-ci bəndində göstərilən hesabatlar kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında təqdim edilir.

7.3. Valyuta mübadiləsi məntəqələri müştərilərin apardıqları valyuta əməliyyatları barədə məlumatları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə həmin sistemin əsasnaməsində nəzərdə tutulmuş qaydada ötürürlər və valyuta əməliyyatlarına nəzarət məqsədilə informasiya sistemində toplanan məlumatlardan istifadə edirlər. 

8. Valyuta mübadiləsi fəaliyyətinə nəzarət

8.1. Valyuta mübadiləsi fəaliyyətinə nəzarətin məqsədi valyuta mübadiləsi əməliyyatları üzrə istehlakçıların hüquqlarının qorunmasının və valyuta mübadiləsi əməliyyatına dair Qanunda, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununda, ƏL/TMM Qanununda və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Mərkəzi Bankın normativ xarakterli aktlarında müəyyən olunmuş tələblərə əməl edilməsinin təmin olunmasıdır.

8.2. Valyuta mübadiləsi məntəqəsinin fəaliyyətinə nəzarət valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Mərkəzi Banka təqdim edilmiş hesabatlar, Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilən yoxlamalar və digər nəzarət tədbirləri əsasında həyata keçirilir.

8.3. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Mərkəzi Banka Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda müəyyən olunmuş müddətdə təqdim etməlidirlər.

8.4. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər valyuta mübadiləsi əməliyyatları və valyuta mübadiləsi fəaliyyətinə dair hesabatları bu Qaydada müəyyən edilmiş formalarda və müddətlərdə təqdim etməlidirlər.

8.5. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsdə həyata keçirilən hər bir yoxlamanın nəticələri yazılı şəkildə tərtib olunmuş yoxlama haqqında hesabatla rəsmiləşdirilir. Yoxlama haqqında hesabat bu Qaydaya 7 nömrəli Əlavədə müəyyən edilmiş formada tərtib edilir. Yoxlama haqqında hesabatın məzmunu oxunaqlı və aydın olmalıdır. Nəticələr dəqiq faktlara və rəqəmlərə əsaslanmalıdır. Yoxlama haqqında hesabatın bütün səhifələri nömrələnir və yoxlayıcı (yoxlama qrupunun üzvləri) tərəfindən imzalanır. Yoxlama haqqında hesabatın valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə təqdim edilən nüsxəsi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin rəhbəri tərəfindən imzalanır.

8.6. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər barədə nəzarət tədbirlərinin (lisenziyanın dayandırılması, ləğvi və s.) tətbiq edilməsi Qanuna və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada həyata keçirilir.

9. Yekun və keçid müddəalar

9.1. Bu Qaydanın 4.3-cü bəndinin müştərilərə xidmət sahəsinə dair tələbi, 4.4-cü bəndin, 4.5-ci bəndin antivandal şüşə və “ötürücü qurğu”ya dair tələbləri və 4.10-cu bəndin iş və qeyri-iş saatlarında silahlı mühafizəyə dair tələbləri I qrup zonalarda təşkil edilmiş valyuta mübadilə məntəqələrinə, 4.10-cu bəndin qeyri-iş saatlarında silahlı mühafizə tələbi II qrup zonalarda təşkil edilmiş valyuta mübadilə məntəqələrinə şamil  olunmur.

9.2. Bu Qaydanın 4.3-cü bəndinin tələbi fəaliyyətdə olan valyuta mübadiləsi məntəqələrinə bu Qayda qüvvəyə mindiyi gündən 1 (bir) il sonra tətbiq edilir və həmin dövr üzrə valyuta mübadiləsi məntəqəsinin malik olduğu sahə bu Qaydanın qüvvəyə mindiyi günədək mövcud olan normativ xarakterli aktın tələblərinə uyğun olmalıdır.

Qərarlar 11 dekabr 2023-cü il tarixində Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən təsdiq edilib. 

qərar Valyuta mübadilə fəaliyyət lisenziya
25.12.2023 13:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ