"Portfelimizdə olan layihələrin toplam dəyəri 4 milyard manatdan çoxdur"
Hal-hazırda bizim departament tərəfindən müxtəlif mərhələdə olan toplam 20-dən çox layihə həyata keçirilməkdədir. Portfeldə olan ümumi layihələrin toplam dəyəri 4 milyard manatdan çoxdur. Bir sözlə, məqsədimiz Azərbaycan Dəmir Yollarında icra olunan layihələrin beynəlxalq standartlar və “best practice”-ə uyğun olaraq yüksək peşəkarlıqla idarə edilməsini təmin etməkdir.
Marja.az xəbər verir ki, bunu, “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı bildirib.
O qeyd edib ki, ADY dəmir yolları infrastrukturunun yenilənməsi üçün təkcə dövlət büdcəsini deyil, eyni zamanda daxili resursları və vəsaitləri hesabına da bir sıra layihələri icra edir:
"Misal olaraq deyə bilərik ki, təkcə 2023-cü ildə 35 milyon manata qədər vəsait mövcud infrastrukturun ən kritik təmirə ehtiyacı olan layihələrin icrasına yönləndirilib və bu məbləğin növbəti illərdə daha da artırılmasını planlaşdırırıq. Bu layihələrə misal olaraq, Biləcəridə dəmir yolu parkında aparılan təmir işləri, yeni platformaların tikintisi, müxtəlif istiqamətlər üzrə toplam 50 km-ə qədər dəmir yolu xəttinin yenilənməsi və s. işləri qeyd edə bilərik. Növbəti il üçün isə, 8 ədəd qəzalı vəziyyətdə olan dəmir yolu körpülərinin Azərbaycan Dəmir Yollarının daxili resursları hesabına tikilməsi planlaşdırılıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
12 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
29 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır




























