Ağdam-Xankəndi dəmir yolunun layihələndirmə işlərinə başlanılıb
"Demək olar ki, artıq Ağdam şəhərinə qədər dəmir yolu çəkilib. Ümumi ox üzə 47,1 km uzunluğunda dəmir yolu xəttinin inşası yekunlaşmaq üzrədir. Həmçinin, Bərdə, Köçərli və Təzəkənd stansiyalarında tamamlanma işləri davam edir, Ağdam dəmir yolu və avtovağzal kompleksinin isə layihəsi tamamlanıb, gələn ilin əvvəlindən tikinti işlərinin başlaması nəzərədə tutulub. 2024-cü ilin sonuna bu yolu tam bitirib təhvil verməyi düşünürük".
Marja.az xəbər verir ki, bunu, “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı bildirib.
Onun sözlərinə görə, qeyd olunan yolun davamı olaraq, Ağdam-Xankəndi dəmir yolunun layihələndirmə işlərinə başlamışıq və artıq yerində baxış keçirilərək dəmir yolunun marşrutu ilkin olaraq müəyyən olunmuşdur: "Gələn ildən bu yolun tikinti işlərinə başlamağı planlaşdırırıq. Bu xəttin əsas təyinatı Xankəndi və Şuşa şəhərlərinə, həmçinin ətraf kənd və qəsəbələrə sərnişinlərin və eyni zamanda yüklərin daşınması fəaliyyəti ilə bağlı olacaq. Bu isə öz növbəsində azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin daha da sürətlənməsinə təkan verəcəkdir.
Biz, həmçinin Yevlax-Bərdə layihəsinin (Bakı – Böyük Kəsik dəmir yolu xəttinin Qarabağa gedən qolu) texniki-iqtisadi əsaslandırılması işlərini də yekunlaşdırmışıq".
Tural Abbaslı bildirib ki, hazırda biz Horadiz-Ağbənd dəmir yolu tikintisi işlərini sürətlə davam etdirilir: "Bu layihənin icrasına cənab Prezidentin müvafiq sərəncamı ilə 2021-ci ildə start verilib. Qarabağ layihələrinin ölkə üçün əhəmiyyətini nəzərə alaraq qərar qəbul olunmuşdur ki, həm layihələndirmə, həm də tikinti işləri paralel aparılsın. Hazırda layihələndirmə işlərinin 82%, tikinti işlərinin isə 45% yekunlaşıb. Layihənin ox üzrə uzunluğu 110,4 km (yan yollar ilə birlikdə 140,6 km), inşa olunan mühəndis qurğuların sayı isə 500-dək olması gözlənilir.
Ümumilikdə, dəmir yolunun 69,7 km-i artıq çəkilib. Həkəri çayı üzərində 418 km uzunluğunda körpü artıq inşa olunub. Hazırda isə regionun ən böyük dəmir yolu körpüsü hesab olunacaq 771 m uzunluğunda yeni körpünün tikinti işləri davam etdirilir. Ərazidə, həmçinin 33 metrədək hündürlüyündə aşırımı olan körpülərin inşası da həyata keçirilir. Ərazinin relyefinin mürəkkəbliyi onun dağlıq hissələrdən, yamaclardan keçməsi, Horadiz- Ağbənd dəmir yolunun inşası layihəsini regionun ən mürəkkəb layihələrindən biri hesab etməyə əsas verir".
Departament müdiri bir vacib məqamı da qeyd edib: "Sovet dövründə Horadiz-Ağbənd dəmir yolu xətti Araz çayının sahili ilə paralel gedirdi. İşğaldan sonra Xudafərin su anbarının ərazisi genişləndirilməsini və suyun daşma ehtimalını nəzərə alaraq biz Horadiz-Ağbənd dəmir yolu xəttini qeyd olunan hissələrdə 310 metr hündürlüyə qaldırmalı olduq. Ələxsus, yolun 72-85-ci km hissəsində çox mürrəkkəb coğrafi çətinliklərlə qarşılaşırıq. Burada körpülər, viaduklar, tunellər, istinad divarları, yəni çox mürəkkəb infrastruktur tikilməlidir. Biz bu layihəni tam olaraq 2025-ci ildə yekunlaşdırmağı planlaşdırırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
36 d. əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 39 d. əvvəl
-
1 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
1 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
2 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
2 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


















.jpg)


