Dollar/ Türk lirəsi rekord yenilədi
Dollar/TL, proqnozu aşan inflyasiya rəqəmi və dollarda qlobal bahalaşma ilə bağlı olaraq 1%-i aşan yüksəlişlə tarixi rekordunu yeniləyib.
Dollar/TL proqnozu aşan inflyasiya rəqəminin açıqlanmasından sonra 3.60 səviyyəsinə çıxıb.
"Marja" xəbər verir ki, bu gün Türkiyədə Dekabr ayına dair inflyasiya göstəricisi açıqlanıb. İstehlakçı qiymətləri indeksi Dekabrda aylıq 1.64%, illik 8.53% artaraq gözləntilərin üzərində baş tutub. İllik inflyasiyanın 7.60% artması gözlənilirdi.
İnflyasiya göstəricisi ərəfəsində 3.54 səviyyələrində olan Dollar/TL 3.60-a qədər yüksələrək tarixi rekordu yeniləyib. Dollar/TL sonuncu dəfə 2 Dekabrda 3.5935 ilə rekord qırmışdı. Dollar qısa müddətdə Türk lirəsi qarşısında 1,2% dəyər qazanıb. Euro/Tl də 3.74-ün üzərinə çıxıb. TL, bu gün inkişaf edən ölkə pulları arasında ən çox dəyərdən düşən pul vahidi olub.
ABŞ-da bu gün ISM emal göstəricisi açıqlanacaq. Ancaq həftənin ən həlledici göstəricisi cümə günü açıqlanacaq ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi olacaqdır. Mütəxəssislər məşğulluq göstəricisinin məzənnənin hərəkətində əhəmiyyətli olacağını qeyd edirlər.
2016-ci ildə Dollar Türk lirəsi qarşısında illik 20%- bahalaşmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
22 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
23 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 1 gün əvvəl