Azərbaycan xəzinəsi daxili bazardan 262,6 milyon manat da borc aldı
19 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040323 ISIN-li, 100 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 92.9072(9.7383%) manat və 99.3317 (6.11%) manat olan 34 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.3317 (6.11%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 166 milyon 410 min 100 manat, yerləşdirilmiş həcmi isə 100 milyon 672 min 700 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 16.12.2025-ci ildir.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
XXX
19 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030119 ISIN-li, 150 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 92.5449(8.1%) manat və 94.5730 (5.77%) manat olan 67 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3689 (5.9999%) manat, orta ölçülmüş qiyməti isə 94.3713 (5.9972%) manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 350 milyon 985 min 100 manat, yerləşdirilmiş həcmi isə 161 milyon 913 min 400 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 17.12.2024-cü ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
1 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
20 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 21 saat əvvəl
-
21 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























