“PAŞA Kapital” vasitəsilə “ASCO” istiqrazlarının ikinci tranşına abunə yazılışı başlayıb
(®) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilən 50 min ədəd ümumi məbləği 50 milyon ABŞ dolları təşkil edən istiqrazlara abunə yazılışı 18 fevral 2024-cü il tarixində bitəcəkdir.
Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, ümumi həcmi 50 milyon ABŞ dolları, tədavül müddəti 5 il, illik faiz dərəcəsi 6 faiz təşkil edir.
İstiqrazları məhdudiyyət olmadan həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir. Belə ki, şirkət, ötən il mənfəət üzrə rekord göstəricilərə nail olub.
İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edərək abunə yazılışında iştirak etməlidir.
Qeyd edək ki, 10 ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, ASCO istiqrazlarının anderrayteri olaraq 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər abunə yazılışını davam etdirmişdir. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 114 milyon ABŞ dolları təşkil etmişdir. Belə ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil etmişdir. Bölüşdürülmə nəticəsində istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100 milyon ABŞ dolları təşkil etmiş və emissiya uğurla tamamlanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
4 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
6 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
6 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
























