“Azexport” ölkədaxili çatdırılma xidmətini istifadəyə verib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalında yeni xidmət istifadəyə verilib.
Mərkəzin yaydığı məlumatda bildirilir ki, artıq portal üzərindən ölkədaxili çatdırılma xidmətindən istifadə etmək mümkündür. Yəni alıcılar “Azexport.az” portalında nümayiş olunan məhsulları onlayn olaraq ünvana sifariş edə bilərlər.
Bunun üçün istifadəçilər portalda pərakəndə ticarət həyata keçirən və ölkədaxili sifarişləri qəbul edən istehsalçıların səhifələrinə keçid edərək, sifarişlərini rəsmiləşdirməlidirlər.
Bu xidmət istehlakçılara onlayn ticarətin üstünlüklərindən faydalanmağa imkan verir. Burada istehsalçılar istehsal etdikləri məhsulları portal vasitəsilə real alıcılara nümayiş etdirir, ödənişləri onlayn qaydada qəbul edir, həmçinin sifarişlərin alıcılara ölkədaxili çatdırılması xidmətindən istifadə edirlər. Sifarişlərin çatdırılma haqqı məhsulun çəkisindən və məsafədən asılı olaraq sistem tərəfindən avtomatik olaraq hesablanır. Sifariş olunan məhsullara görə isə portal tərəfindən komissiya haqqı nəzərdə tutulmur.
Qeyd edək ki, İİTKM tərəfindən yeni xidmətdən istifadə qaydalarına dair videoçarx hazırlanıb. Çarxla təqdim olunan link vasitəsilə tanış olmaq mümkündür:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 8 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















