"Hyundai Motor" Rusiyadakı zavodunu satmaq qərarına gəlib
Alıcı Rusiyanın "Art-Finance" şirkəti olacaq.Cənubi Koreyanın "Hyundai Motor" şirkəti istehsalın dayandırıldığı Rusiyanın Sankt-Peterburq şəhərindəki zavodunu satmaq qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Şirkət rəhbərliyi dekabrın 19-da Sankt-Peterburqdakı zavodun səhmlərinin satışı təklifini təsdiqləyib. Alıcı Rusiyanın "Art-Finance" şirkəti olacaq. Zavod 2022-ci ilin martında Ukraynada hərbi əməliyyat başlayandan sonra istehsalını dayandırıb.
Sonradan məlum olub ki, "Hyundai Motor"un Direktorlar şurası Sankt-Peterburqdakı zavodun "Art-Finance" şirkətinə satılması planını razılaşdırıb. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, sövdələşmə təsdiqlənmənin son mərhələsindədir:
“Bu gün, dekabrın 19-da "Hyundai Motor" Direktorlar şurasının iclasını keçirdi və orada Sankt-Peterburqdakı "Hyundai Motor Manufacturing Rusiya" zavodunda payının satışı planı razılaşdırıldı".
Rusiya şirkəti "Art-Finance" MMC-nin mətbuat xidməti bildirir ki, hazırda "Hyundai" "Art-Finance" ilə müqaviləni yekunlaşdırır.
Qeyd olunur ki, "Hyundai Motor" Rusiyadakı Hyundai müştərilərinə satış sonrası xidmət və digər dəstəyi göstərməyə davam edəcək.
Açıq mənbələrdən əldə edilən məlumatlara görə, "Art-Finance"ın 100% "Avilon" qrupunun prezidenti Andrey Pavloviçə məxsusdur.
Zavod 2010-cu ildə tikilib və Hyundai Solaris, Hyundai Creta, Kia Rio avtomobillərini istehsal edib. Zavodun istehsal həcmi ildə 200 min avtomobili ötmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
33 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib




























