"Bərdə-Ağdam dəmiryolunda işlərin 85 faizi tamamlanıb"
Qarabağda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən iki layihə yerinə yetirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb.
Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağdam şəhərinə qədər dəmiryolu xətti çəkilib və işlərin bütövlükdə 85 faizi icra olunub. QSC sədri onu da əlavə edib ki, son qalan işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır.
“Hazırda onların da tikintisi həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri yekunlaşacaq. Ağdam avtovağzal və dəmiryolu komplekslərinin də tikintisinə başlanılması üçün layihə razılaşdırılma işləri həyata keçirilir. Horadiz-Ağbənd layihəsinin isə 45 faizi həyata keçirilib. Layihə sürətlə davam etdirilir. Layihənin tam yekunlaşdırılması 2025-ci il üçün nəzərdə tutulub. Hazırda 72-ci kilometrə qədər dəmiryolu xətti çəkilib”, - deyə R.Rüstəmov qeyd edib.
"Horadiz-Ağbənd dəmir yolu layihəsi 2025-ci ildə yekunlaşdırılacaq"
Rövşən Rüstəmov deyib ki, Qarabağda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən iki layihə həyata keçirilir. Bunlardan biri olan Bərdə-Ağdam layihəsinin artıq böyük hissəsi tamamlanıb. Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib. İşlərin bütövlükdə 85 faizi icra olunub.
O bildirib ki, qalan son işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır.
“Hazırda onların da tikintisi həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri yekunlaşacaq. Ağdam avtovağzal və dəmir yolu komplekslərinin də tikintisinə başlanılması üçün layihə razılaşdırılma işləri həyata keçirilir. Horadiz-Ağbənd layihəsinin isə 45 faizi həyata keçirilib. Layihənin icrası sürətlə davam etdirilir. Layihənin tam yekunlaşdırılması 2025-ci il üçün nəzərdə tutulub. Hazırda 72 ci kilometrə qədər dəmiryolu xətti çəkilib”, - deyə R. Rüstəmov qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
2 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 20 d. əvvəl
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb





























