"Dörd qatardan biri artıq Bakıdadır, ikincisi sərhədi keçib” - Rövşən Rüstəmov
İsveçrənin “Stadler Rail Group” şirkətinin “FLIRT” markalı ilk qatarı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə təhvil verilib.
Bu barədə ADY-nin sədri Rövşən Rüstəmov məlumat verib.
“İsveçrənin “Stadler Rail Group” şirkətinin 2023-cü ildə Azərbaycana gətiriləcək dörd qatardan biri artıq burdadır. İlk qatar Bakıdadır, ikincisi sərhədi keçib”, - Rüstəmov çərşənbə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, daha iki qatarın göndərilməsi üçün son hazırlıq işləri gedir.
“Qatarlar sınaqlardan sonra 2024-cü ilin mart ayında istifadəyə veriləcək”, - Rüstəmov deyib.
O əlavə edib ki, hazırda qalan 6 qatarın istehsalı ilə bağlı son işlər görülür. “2024-cü ilin sonuna kimi həmin qatarlar da Azərbaycana təhvil veriləcək”, - ADY-nin sədri deyib.
Xəbər verildiyi kimi, 2019-cu il noyabrın 25-də “Stadler” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, ADY 2023-2024-cü illərdə 10 ədəd 5 vaqonlu birmərtəbəli FLIRT tipli sərnişin qatarı alacaq.
Bundan başqa, 2023-cü il oktyabrın 24-də “Azərbaycan Dəmir Yolları” QSC və “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən də mərkəzin tikintisi üçün investisiya yatırılacaq.
Mərkəzdə hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidmət həyata keçiriləcək.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
33 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib





























