“Azərsığorta”: Ödənişlər müvəqqəti dayandırılıb, qısa müddətdə icra ediləcək"
“Azərsığorta” Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkəti bir neçə aydır ki, sığorta agentlərinə ödənilməli olan komissiya haqqını həyata keçirmir.
Bunu açıqlamasında Azərbaycan Sığorta Agentləri Birliyinin (ASAB) təsisçisi Vüsal Bədəlov deyib.
O bildirib ki, “Azərsığorta” son iki aydır ki, 150 sığorta agentinə ödənilməli olan 700 min manatadək komissiya haqqını ödəmir.
Vüsal Bədəlov qeyd edib ki, məsələ ilə bağlı sığorta şirkətinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlova, Təftiş Komissiyasının sədri Ələsgər Əliyevə müraciət olunub. Şifahi şəkildə bildirilib ki, dekabrın 15-dək ödənişlər veriləcək. Bununla belə, Vüsal Bədəlov şirkətin könüllü qaydada ləğvetmə prosesinə getmə ehtimalının onların ödənişlərinin taleyini də sual altına alacağını deyib: "Sığorta agentlərinin ödənişlərini həyata keçirmirlər, adını da qoyublar ki, Maliyyə Nazirliyindən cavab verilsin, təsdiq edilsin, daha sonra ödəniş ediləcək. Maliyyə Nazirliyinin qərarı ləğv prosesindən əvvəl, yoxsa sonra verəcəyi isə bəlli deyil. Bu isə bizim ödənişləri sual altına alır".
"Azərsığorta" şirkətindən isə məsələ ilə bağlı bildirilib ki, şirkətdə həyata keçirilən yoxlamalar səbəbilə ödənişlər müvəqqəti dayandırılıb, amma ən qısa müddətdə icra ediləcək. Narahatçılığa heç bir əsas yoxdur.
Qeyd edək ki, dekabrın 7-də “Azərbaycan İnvestisiya Holdinqi”nin İdarə Heyətinin sədri Mətin Eynullayev yoxlamaların davam etdiyi “Azərsığorta”nın fəaliyyəti ilə bağlı hələlik qərar verilmədiyini, müzakirələrin davam etdiyini açıqlayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























