“Aqrarkredit” 11 əmlakı 19,7 milyon manat ilkin qiymət ilə satışına hazırlaşır
“Aqrarkredit” QSC tərəfindən problemli borcların müqabilində mülkiyyətinə (balansına) götürülmüş əmlakların satışına başlanılmışdır.“Aqrarkredit” QSC-nin balansındakı problemli aktivlərin idarəolunması ilə bağlı təkliflərin müzakirəsi barədə Azərbaycan Respublikasının İqtisadi Şurası iclasının qərarının icrası ilə əlaqədar “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının müvafiq qərarı ilə “Aqrarkredit” QSC-nin balansında, balans dəyəri 1 milyon manatadək olan əmlak və aktivlərin, habelə onlar üzrə borcların tələb hüquqlarının satılması və idarəetməyə verilməsi barədə Qaydalara uyğun olaraq İdarə Heyətinin qərarına əsasən birbaşa müsabiqə yolu ilə və hərrac vasitəsilə 164 min 167,77 manat dəyərində 28 daşınar əmlak və 2 milyon 280 min 227,62 manat dəyərində 19 daşınmaz əmlak satılmışdır.
Bu barədə Marja-ya təşkilatdan bildirilib.
Qeyd edilib ki, “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə veriməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət Qaydalarına əsasən Müsabiqə Komissiyasının qərarına uyğun olaraq 8-i qeyri yaşayış sahələri, 2-si torpaq sahəsi və 1 ədəd fərdi yaşayış evindən ibarət olmaqla cəmi 11 əmlakın 19 milyon 706 min 660 manat ilkin satış qiyməti ilə hərrac vasitəsilə satışına hazırlıq görülür.
Hazırda əmlakların satışı ilə bağlı tədbirlər davam etdirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























