Yeni gəmilərin tikintisi və alınması ilə bağlı qərar qəbul edilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası keçirilibNoyabrın 30-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Marja.az xəbər verir ki, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq Cəmiyyətin 2023-cü ilin ilk 3 rübü üzrə idarəetmə hesabatı dinlənilib, cari il üzrə büdcəsinin icra vəziyyətinə dair məlumatlar nəzərdən keçirilib. Cəmiyyətin növbəti il üzrə büdcə proqnozları müzakirə olunaraq Müşahidə Şurası tərəfindən təsdiq edilib.
İclasda həmçinin, Cəmiyyətin 2024-2026-cı illəri əhatə edən investisiya fəaliyyəti, o cümlədən Gəmiçiliyin donanmasının yenilənməsi və Transxəzər marşrutu ilə daşımaların artan həcminin qarşılanması məqsədilə Gəmiçilik tərəfindən Bakı Gəmiqayırma Zavodunda yeni gəmilərin tikintisi və Xəzər dənizindən kənar su hövzələrində fəaliyyəti təmin edəcək gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi strategiyası müzakirə edilərək müvafiq qərar qəbul edilmişdir.
İclasda Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdən keçirilib.
Məlumat üçün bildirək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
6 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 24 d. əvvəl
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























