“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
FED-in yumşaq monetar siyasətə keçid ehtimalları dolları zəiflədir.“InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə ərzində ABŞ Federal Ehtiyatlar Sistemi rəsmilərinin inflyasiyaya nəzarətin tam təmin olunduğuna əmin olmadıqca sərt monetar siyasəti davam etdirəcəklərinə dair bəyanatlarına baxmayaraq, FED-in tezliklə pul-kredit siyasətini yumşaltmağa başlaya biləcəyi ilə bağlı bazar spekulyasiyaları artdıqca, dollar əsas qlobal valyutalar qarşısında zəifləməyə davam edir. Bu, FED-in faiz dərəcələrinin pik həddə çatdığına dair inam fonunda baş verir.
Avro dollar qarşısında gücünü qoruyub və EURUSD məzənnəsi həftəlik şamını 1.0940 səviyyəsində tamamlayıb. Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri paritetdə tendensiyanın formalaşmasına ciddi təsir edə bilər. Analitiklər inflyasiya səviyyəsindəki son rəqəmlərin resessiyanın getdikcə dərinləşdiyi Avrozona iqtisadiyyatına dair bir sıra suallara aydınlıq gətirəcəyini hesab edirlər. Onlar həmçinin hesab edirlər ki, Avrozonada 2023-cü ilin ikinci yarısında başlayan mülayim resessiya ehtimalı getdikcə artır.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində bir qədər də geriləyərək 103.40 bəndə düşüb. Bu, əsasən ABŞ-nın gözləniləndən daha zəif iqtisadi göstəriciləri bazarların FED-in növbəti faiz artımı ehtimallarının yerini faiz endirimlərinə verməsi fonunda yaşandı.
Hazırda diqqət ilk faiz endiriminin nə vaxt baş verə biləcəyinə yönəlib. Analitiklərin və iqtisadçıların fikrincə FED-in gələn ilin mart ayından etibarən uçot faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ehtimalı 30% təşkil edir.
Dollar Yapon yeni qarşısında da ucuzlaşmaqda davam edir. Ötən həftə ərzində 147.15 hədlərinə qədər gerilədikdən sonra buradan dəstək alaraq bahalaşan USDJPY məzənnəsi, 150 yen səviyyəsindəki müqavimət həddini qıra bilmədi. Həftəlik şamını 149.40 həddindən tamamlayan cütlükdə “ayılar” qiyməti 150 yen səviyyəsinin altında saxladığı müddətcə eniş tendensiyası davam edə bilər.
Ardıcıl 2 həftədir dollar qarşısında bahalaşan Britaniya funt-sterlinqi ötən həftəni 1.26$ səviyyəsində tamalayıb.
Cari həftə ərzində isə Amerikadan açıqlanacaq tikinti sektoru və ilkin mənzil bazarındakı satışların həcminə dair statistik rəqəmlər, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, ÜDM-in həcmi, “Conference Board” İstehlakçı Güvən İndeksi və Şəxsi Xərclər İndeksi kimi önəmli iqtisadi göstəricilər dolların qiymətlərinə dəstək ola bilər.
Bazar iştirakçıları bu həftə həmçinin Kanadada, İsveçrədə və Türkiyədə ÜDM-in həcmi, həmçinin AMB sədri Kristin Laqardın və İngiltərə Mərkəzi Bankının sədri Endryu beylinin çıxışlarını diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında sürətlə bahalaşmasına səbəb oldu. Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri və AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar dünya valyuta birjalarında, xüsusən də EURUSD məzənnəsində volatilliyə səbəb ola bilər.
GBP
Ötən həftəni 1.26$ səviyyəsində tamamlayan GBPUSD məzənnəsində bu həftə tendensiyanın gedişinə təsir edəcək əsas məqamlardan biri İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı ola bilər.
NEFT
Ardıcıl 4 həftədir ucuzlaşan neftdə eniş tendensiyası ötən həftə bir qədər ləngiyib və həftəni 81.20$ səviyəəsində başa vurub. Lakin cari ticarət həftəsinin ilk gününə enişlə başlayan “qara qızıl” hazırda 80$-dan təklif olunur. “Buğalar” qiyməti 82$ həddinin üzərinə qaytara və bu səviyyədə saxlaya bilsələr, neft 87$-a kimi bahalaşa bilər. Eniş tendensiyası davam edəcəyi təqdirdə isə, dəstək hədləri kimi 78$ və 75$ səviyyələri çıxış edir.
XAUUSD
Ötən həftəni 2000$ həddinin üzərində tamamlayan qızıl, cari həftənin ilk günündə də bahalaşmağa davam edir. Hazırda 2012$ civarında təklif edilən qiymətli metalın dəyəri 2020$-ın üzərinə yüksəlsə, artım tendensiyası 2041$-a kimi davam edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
7 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
7 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
8 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib




















