AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
Kampaniya zamanı təxminən 28 000 endirimli aviabilet satışa çıxarılıb. Kampaniya ərzində mobil tətbiq istifadəçilər arasında böyük marağa səbəb olub və öz kateqoriyası üzrə proqramlar mağazalarında yükləmə sayına görə ilk sıralarda qərarlaşıb.Noyabrın 24-də Azərbaycanın milli aviadaşıyıcısı AZAL unikal aksiya həyata keçirib. Aviaşirkət tərəfindən sərnişinlərə 35-dən çox istiqamət üzrə endirimli biletlər təklif olunub. Biletlərin qiyməti 39 avrodan başlayırdı.
AZAL-dan Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, kampaniya geniş ictimaiyyətə Avropa, Asiya və Yaxın Şərq ölkələrinin müxtəlif şəhərlərinə daha münasib qiymətə səyahət etmək imkanı yaradılıb.
Təklif 2024-cü il yanvarın 15-dən martın 6-dək həyata keçirilən uçuşlara şamil edilirdi.
"Kampaniyanın əsas amili AZAL-ın yenilənmiş mobil tətbiqi idi. Tətbiq biletlərin əldə edilməsi prosesini asanlaşdıran rahat və funksional interfeys ilə təchiz edilib. Kampaniya ərzində mobil tətbiq istifadəçilər arasında böyük marağa səbəb oldu və öz kateqoriyası üzrə proqramlar mağazalarında yükləmə sayına görə ilk sıralarda qərarlaşdı. Tətbiqi https://bit.ly/azal-app linki vasitəsilə yükləmək mümkündür",- məlumatda bildirilir.
Qeyd edilib ki, kampaniya zamanı təxminən 28 000 endirimli aviabilet satışa çıxarılmışdı. Sərnişinlər müxtəlif istiqamətlər, o cümlədən İstanbul, Moskva, Tbilisi, London, Vyana, Barselona, Milan, Praqa və s. kimi istiqamətlər üzrə güzəştli tariflərdən yararlana biliblər.
"Gələcəkdə bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi və istiqamətlərin sayının artırılması nəzərdə tutulur. AZAL təhlükəsiz, rahat və yüksək səviyyəli xidmətlər təklif edərək, sərnişinlər üçün yeni imkanlar yaratmağa hədəflənib",- məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
18 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
43 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti

























