AZAL: "Biletlər tükənmək üzrədir"
Azərbaycan Hava Yolları (AZAL) bir günlük endirim kampaniyasının uğurlu olduğunu bildirir.
AZAL-ın yaydığı məlumatda qeyd edilib ki, "Uçuran Kampaniya" tam sürətilə davam edir, biletlər tükənmək üzrədir.
Biletləri endirimli qiymətlə AZAL mobil tətbiqindən almaq mümkündür (Tətbiqi yükləyin: https://bit.ly/azal-app).
Endirimdə olan bilet qiymətləri:
BAKIDAN
Tbilisi, İstanbul (SAW), İzmir, Ankara, Trabzon, Aktau, Həştərxan, Samara, Kazan, Ufa, Küveyt - 39 avro
Volqoqrad, Mineralnıye Vodı, Yekaterinburq, Soçi, Dammam, Ər-Riyad, Minsk - 69 avro
Astana, Kişineu, İstanbul (IST), Antalya, Moskva (DME), Moskva (VKO), Novosibirsk, Sankt-Peterburq, Almatı, Dubay, Berlin, Vyana, Praqa - 99 avro
Barselona, Milan, Paris - 149 avro
London, Pekin - 199 avro
Xəbər verdiyimiz kimi, Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb.Biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.
AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
10 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
10 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
10 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)





.jpg)









