Azərbaycan şirkətinin innovativ məhsulları Afrika bazarına çıxarılacaq - SƏNƏD İMZALANDI
“AzInTelecom” Cənubi Afrika Respublikasının nüfuzlu şirkəti ilə əməkdaşlığa başlayıb. Məqsəd təhlükəsiz və etibarlı rəqəmsal həllər əsasında biznesləri gücləndirmək, “AzInTelecom”un “SİMA İmza” və “SİMA KYC” innovativ məhsullarını Afrika bazarına çıxarmaqdır.(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən “Africa Tech Festival”da “Qızıl sponsor” qismində çıxış edib. Qurum öz stendi ilə təmsil olunaraq məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.
Səfər çərçivəsində qurumun nümayəndələri tərəfdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi məqsədilə iştirakçı şirkətlərlə görüşlər keçirib.
Nəticə etibarilə “AzInTelecom” MMC və Afrikanın nüfuzlu şirkətlərindən olan “Prime Invest Group” arasında memorandum imzalanıb.
Memorandumun məqsədi təhlükəsiz və etibarlı rəqəmsal həllər əsasında biznesləri gücləndirmək, “AzInTelecom”un “SİMA İmza” və “SİMA KYC” innovativ məhsullarını Afrika bazarına çıxarmaqdır.
İmzalanan memorandum hər iki şirkət tərəfindən gələcək əməkdaşlığın inkişafının ilk addımı kimi dəyərləndirilib.
Qeyd edək ki, “Prime Invest Group” qlobal sektorda maliyyə xidmətləri göstərir. Şirkətin fəaliyyət istiqamətinə investisiya planlaması, vergi və əmlak planlaması, strateji aktivlərin idarə edilməsi və s. xidmətlər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















