“PAŞA Bank”ın təşkilatçısı olduğu “Rəqəmsal Zirvələr 2023” konfransına qeydiyyat başlayıb
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın təşkilatçılığı ilə keçirilən və texnologiyalar aləminin ən yaxşı beynəlxalq təcrübələrini yerli bazarda tətbiq etmək üçün geniş şərait yaradan “Rəqəmsal Zirvələr 2023” beynəlxalq konfransına qeydiyyat başlayıb.
6-7 dekabr 2023-cü ildə baş tutacaq beynəlxalq tədbirdə aparıcı məhsul sahibləri, dizaynerlər, data ekspertlər və İT mütəxəssislər bir araya gələcəklər. "Fokusda qalın" şüarı altında keçiriləcək tədbirdə yerli və beynəlxalq mütəxəssislər “DevOps”, “Product Hunt”, “Data” və “Dizayn” istiqamətlərini əhatə edərək, cəmiyyətdə texnoloji, innovativ və kreativ sahələrin inkişafına yönəlmiş praktiki tövsiyələrini, bilik və təcrübələrini paylaşacaqlar.
“Rəqəmsal Zirvələr 2023” konfransı hibrid formatda keçiriləcək və orada həm canlı, həm də “YouTube” sosial şəbəkəsi üzərindən iştirak etmək mümkün olacaq.
Tədbirdə fiziki olaraq iştirak etmək üçün https://digitalheights.az/ veb-saytında qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyat 30 noyabrda bitəcək.
Xatırladaq ki, “Rəqəmsal Zirvələr” konfransı 2021-ci ildən etibarən keçirilir. “PAŞA Bank” maliyyə texnologiyaları sahəsində aktual çağırışları müəyyən etmək, ən son yenilikləri və qabaqcıl təcrübələri mənimsəmək, İT və rəqəmsal bankçılıq sahəsindəki yenilikləri Azərbaycanda daha əlçatan etmək üçün silsilə tədbirlərin keçirilməsini davam etmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 5 saat sonra
-
- 1 saat sonra
- 19 d. əvvəl
-
41 d. əvvəl
Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanlıların Türkiyədən ev alışında Oktyabr rekordu
Starbucks-ın baristaları böyük aksiyaya hazırlaşır
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir















.jpg)





