Apple-dan gözləniləndən yaxşı nəticələr - iPhone və iPad satışları artıb
Apple gözləniləndən daha yaxşı mənfət və gəlir açıqlayıb
Texnologiya nəhəngi Apple, bu ilin Aprel-İyun dövründə gəlirinin və xalis mənfəətinin ötən ilin eyni dövrünə nisbətən artdığını açıqlayıb.
"Marja" Apple-dən verilən açıqlamaya istinadən xəbər verir ki, bu ilin Aprel-İyun dövrünü balansında üçüncü rüb olaraq qəbul edən şirkətin gəlirləri keçən ilin eyni dövrünə nisbətən 7.1 faiz artaraq 45.4 milyard dollara yüksəlib.
Apple-ın ümumi gəlirinin 61%-inin beynəlxalq satışlardan əldə edildiyi bildirilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 42.4 milyard dollar gəlir əldə etmişdi. Analitiklər şirkətin gəlirlərinin 44.95 milyard dollar səviyyəsində olacağını gözləyirdilər.
Açıqlamada, şirkətin xalis mənfəətinin də ötən ilin aprel-iyun dövründə 7.8 milyard dollardan bu ilin eyni dövründə 8.7 milyard dollara yüksələrək 11.5 faiz artım göstərdiyi məlumatına yer verilib. Şirkətin bir səhmə düşən xalis mənfəəti 1.42 dollardan 1.67 dollara qalxıb. Analitiklər bir səhmən 1.57 dollar mənfəət gözləyirdilər.
iPHONE VƏ iPAD SATIŞLARI ARTIB
Həmçinin, açıqlamada, Apple-ın iPhone ağıllı telefon, iPad planşet və Mac kompüter satışlarının da ildən ilə artdığı bildirilib.
Belə ki, sözügedən dövrdə, iPhone satışları 1.5 faiz artaraq 41 milyon 26 minə, iPad satışları da 14.8 faiz yüksələrək 11 milyon 424 minə çatıb. Mac satışları da 0.9 faiz artaraq 4 milyon 292 min ədədə yüksəlib. Analitiklər iPhone satışlarının 41 milyon ədəd səviyyəsinə çıxacağının açıqlanacağını gözləyirdilər.
Şirkətin AppleCare və ApplePay kimi xidmətlərdən əldə etdiyi gəlir bu dövrdə 21.6 faiz artımla 7.27 milyard dollara çıxıb, Apple TV və Apple Watch kimi məhsullardan əldə edilən gəlir də 23 faiz artaraq 2.73 milyard dollara çatıb.
PROQNOZLAR
Apple maliyyə ilin 4-ci rübündə 49 milyard dollar ilə 52 milyard dollar arası gəlir əldə edəcəyi proqnozunu verib. Bloomberg-in proqnozuna görə, satışların 49.12 milyard dollar səviyyəsində reallaşması gözlənilir.
Apple-ın gəlirinin və xalis mənfəətinin bazar proqnozundan yüksək olması ilə Nyu-york Birjasının bağlanmasının ardından aparılmış məhdud əməliyyatlarda şirkətin səhmləri dəyər qazanıb.
Günü 150.05 dollardan bağlayan Apple səhmləri, şirkətin balansını açıqlamasının ardından 6 faiz bahalaşma ilə 159.01 dollara qədər qalxıb.
Analitiklər, Apple-ın səhm qiymətindəki artımın bu gün davam edəcəyini qeyd ediblər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
-
12 d. əvvəl
Yanğının söndürülməsi əməliyyatına 182 nəfərlik heyət, 40 ədəd texnika və 2 helikopter cəlb olunub
-
-
19 d. əvvəl
20-yə yaxın avtomobil distribütoru və satıcısının nümayəndələri Dövlət Agentliyində olublar
- 23 d. əvvəl
- 27 d. əvvəl
- 32 d. əvvəl
- 47 d. əvvəl
- 47 d. əvvəl
-
59 d. əvvəl
"Bank Respublika" mikro kreditlər üzrə yeni skorinq sistemini istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsveçrə bankı qızılın qiymətinin 5600 dollara çatacağını gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
AccessBank-dan “qızıl” kimi kredit!
Güclü yanğın nəzarətə götürüldü
Azərbaycan neftinin son qiyməti
İsveçrə bankı qızılın qiymətinin 5600 dollara çatacağını gözləyir
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 1 GÜN
Almaniyanın enerji şirkəti "E.ON" Böyük Britaniyadakı rəqibi "Ovo Energy"ni satın alır
Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi
Mayın 12-də gözlənilən hava şəraiti - 30° isti















.jpg)





