Rabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilib
(®) Rabitəbank regionlarda kiçik və orta biznesin inkişafına dəstəyini davam etdirir. Rabitəbank və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə Kürdəmirdə kredit yarmarkası keçirilib.
Kredit yarmarkasında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin, SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev və AKİA-nın sədri Seymur Mövlayev çıxış ediblər və sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasından, qazilərə və şəhid ailələrinə yardımdan, eləcə də dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində sahibkarlığa, regionların sosial-iqtisadi inkişafına və regionlarda fəaliyyət göstərən sahibkarlara dəstəkdən danışıblar. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə qazi və şəhidlərimizin göstərdiyi şücaətdən, onların ailələrinin sosial problemlərinin həlli istiqamətində atılan addımlardan söz açılıb.
Qeyd edək ki, 300-ə qədər sahibkarın iştirakı ilə keçirilən kredit yarmarkasında Kürdəmir rayonunda olan bank və bank olmayan kredit təşkilatları öz stendləri ilə iştirak ediblər. Biznes mütəxəssisləri yerli fermer və sahibkarlarla görüşdə kredit şərtləri ilə bağlı məlumat verib, bankların məhsullarını təqdim edib və sualları cavablandırıb.
Kredit yarmarkasının məqsədi regionlarda sahibkarlığın inkişafına dəstək olmaq, sahibkarların və fermerlərin maliyyə savadlılığını artırmaq və güzəştli kreditlərin verilməsi ilə investisiya layihələrinin kreditləşdirilməsi barədə onları məlumatlandırmaqdır.
Qeyd edək ki, tədbirdə dövlət fondları vasitəsilə 3 sahibkara - Güliyev Şəmsəddin, Fətəliyev Səlahəddin, Kərimov Kamilə verilən kreditlərin imzalanma mərasimi də baş tutub. Bundan başqa, özünüməşğulluq proqramı çərçivəsində Rabitəbank 1 şəhid ailəsi - şəhid Dünyamaliyev İslamın anası Dünyamalıyeva Gülşən və 4 qazi - Şirəliyev Vüsal, Həziyev Pərviz, Ağasıyev Ağagül və Adgözəlov Sahil ilə müqavilə bağlayıb və bizneslərini qurmaları üçün onlara lazımi avadanlıqları təqdim edib.
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
2025-ci il "Bank Respublika" üçün necə keçib? - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 3 saat əvvəl
-
4 saat əvvəl
AccessBank 2025-ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub
-
6 saat əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
7 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
10 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 10 saat əvvəl
-
10 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
10 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı























