"Rabitəbank" ASC özünüməşğulluq proqramına dəstəyini davam etdirir
(®) "Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq, özünüməşğulluq proqramı çərçivəsində müxtəlif kateqoriyalar üzrə şəxsi biznesini qurmaq istəyən aztəminatlı vətəndaşlara dəstək olmaqda davam edir.
Belə ki, bank əməkdaşları özünüməşğulluq layihəsi ilə bağlı siyahıda olan Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Qobustan rayonu üzrə müxtəlif fəaliyyət sahələri ilə məşğul olmaq istəyən daha 6 nəfərə aktivlərin təqdim edilməsini yekunlaşdırıb.
Ramiz Əsgərov və Rasim Cabbarov bankın göstərdiyi dəstək sayəsində şəxsi biznesini qurmağa müvəffəq olublar və onlara dəmirçilik və dülgərlik avadanlıqları təqdim edilib. Bankın Nərimanov rayon filialının əməkdaşları Pərviz İmanovun poliqrafiya üzrə fərdi sahibkarlıqla məşğul olmaqla bağlı müraciətini müsbət cavablandırıb və o, lazımi avadanlıqlarla təmin olunub.
Rabitəbank ölkədə qadın sahibkarlığının inkişafına da dəstəyini davam etdirməkdədir. Un məmulatlarının istehsalı üzrə şəxsi biznesini qurmaq istəyən Leyla Səfərova, gözəllik salonu açmaq istəyən Sevda Əlizadə, həmçinin maldarlıq təsərrüfatı üzrə şəxsi biznesini qurmaq istəyən Türkanə Vəliyeva bank tərəfindən lazımi və müasir avadanlıqlarla təmin edilib.
Xatırladaq ki, "Özünüməşğulluğa Dəstək Layihəsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunurlar. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
- 33 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)




.jpg)



.jpg)






