Birbank-ın “10 001 hədiyyə” lotereyasının 1-ci tirajı yekunlaşdı
(®) Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət “10 001 hədiyyə” lotereyası keçirilir. 13 noyabr tarixində lotereyanın ilk tirajı baş tutdu.
Bu tirajda ümumilikdə 1 030 688 karta məxsus 9 475 857 şans iştirak edirdi. Canlı yayımda təsadüfi üsulla seçilən 3 333 kart ilk tirajın qalibi oldu. Uduş fonduna daxil edilən hədiyyələrdən 1 ədəd 10 000 AZN-lik pul mükafatı, 2 ədəd 1 000 AZN dəyərində səyahət paketi, “Umico Market”dən 500 AZN dəyərində 30 ədəd hədiyyə kuponu, 1 000 ədəd 10 “Umico” bonusu və 2 300 ədəd 5 AZN dəyərində keşbek ilk tirajda sahiblərini tapdı. Qaliblər haqqında ətraflı məlumat: https://bir.bank/bbltqalib1
Xatırladaq ki, Birbank-ın “10 001 hədiyyə” lotereyası 15 dekabr tarixinədək davam edir. Lotereya Birbank kartları ilə ödəniş edən hər kəsə 1 ədəd 2 otaqlı mənzil, 10 000 AZN-lik pul mükafatları, səyahət paketləri qazanmaq şansı verir. Həmçinin “Umico Market”dən 500 AZN dəyərində hədiyyə kuponları, “Umico” bonusları və minlərlə keşbek qazandıran lotereyada iştirak etmək üçün şərtlər çox sadədir.
Birbank debet və taksit kartları ilə 20 AZN və üzəri məbləğdə ödəniş edən hər kəs lotereyanın iştirakçısına çevrilir. Debet kartlarla ödəniş iştirakçılara 1, taksit kartla isə Birbank tətbiqi ilə edilən köçürmələr, taksit və ninja əməliyyatları, nağdlaşdırma və digər növ maliyyə əməliyyatları istifadəçilərə 5 şans qazandırır. “Umico Market”də debet və taksit kartla alış-veriş isə müştərilərə daha 1 şans yaradır. QR ilə ödəniş isə istifadəçilərə əlavə 10 şans qazandırır. Lotereya haqqında ətraflı məlumat üçün: https://bir.bank/bbltrypr
Gün ərzində maksimum 20 əməliyyata görə şans qazanmaq mümkündür. İstifadəçilər yuxarıdakı linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. Lotereyanın növbəti tirajları 30 noyabr və 27 dekabr tarixlərində keçiriləcək. Qaliblər hər tirajın sonunda, Kapital Bank-ın sosial media hesablarında və https://birbank.az saytında elan olunacaq.
Xatırladaq ki, lotereyada uduş fonduna daxil olan 2 otaqlı mənzil “Xəzri Rezidens” yaşayış kompleksindəndir. Eyni zamanda dəniz mənzərəli “Xəzri Rezidens” yaşayış kompleksindən mənzil aldıqda “Birbank” promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: https://bir.bank/bbxzrpr.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 28 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
-
1 saat əvvəl
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
-
1 saat əvvəl
Ermənistan parlamentinin sədri Bakıya səfər etməyə hazır olduğunu bildirib
-
1 saat əvvəl
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
Ən çox oxunanlar
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb
ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma
Noyabrın 27-də gözlənilən hava şəraiti
"Prime Cotton" şirkəti kənd təsərrüfatı texnika və avadanlıqlarının satışını elan edir
Bakcell və Visa tərəfdaşlığa başlayır
İri bank “Neftçilər”də yeni filial açdı


















