BƏƏ-də Aurus avtomobillərinin yığılmasına başlanılıb
İlk yığılan model Aurus Senat sedanı olub.Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabidəki istehsal sahəsində Aurus avtomobillərinin yığılmasına başlanılıb.
Marja.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini, Sənaye və Ticarət naziri Denis Manturov məlumat verib.
İlk yığılan model Aurus Senat sedanı olub və gələcəkdə Komendant yolsuzluq avtomobili da buraxılacaq.
"Bu gün istehsala başlanılıb. Senat və Komendant modellərinin istehsalı planlaşdırılır. Yığım "Senat"dan başlayıb",- Manturov deyib.
Bundan əlavə, Aurus avtomobillərinin satışı üçün BƏƏ-də salon açılması planlaşdırılır.
Baş nazirin müavininin sözlərinə görə, brendin Yaxın Şərqdəki mövcudluğu getdikcə genişlənəcək: "Artıq dediyim kimi, biz genişlənməni nəzərdən keçiririk. İndi biz burada (BƏƏ- red) özümüzü möhkəm şəkildə möhkəmləndirib, sonra hərəkət edəcəyik".
Aurus-un Səudiyyə Ərəbistanında salonunun açılacağı da gözlənilir.
Manturov daha əvvəl bildirmişdi ki, Yaxın Şərq və Şimali Afrika ölkələri yaxın gələcəkdə Aurus lüks avtomobillərinin tədarükü üçün əsas ixrac istiqaməti olacaq. 2022-ci ilin dekabrında Baş nazirin müavini bildirmişdi ki, Birləşmiş Ərəb Əmirliklərində Aurus avtomobillərinin yığılması 2024-cü ildə, eyni zamanda orada diler mağazasının açılması ilə başlaya bilər.
Aurus, Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin sifarişi ilə 2013-cü ildən bəri yaradılan avtomobil markasıdır. Layihə həm dövlət qulluqçularının xidməti avtomobil parkını əvəz etmək, həm də kommersiya məqsədli satış üçün avtomobillər xəttinin hazırlanmasını nəzərdə tutur. 2021-ci ilin may ayından avtomobillər Yelabuqadakı (Tatarıstan) “Aurus” zavodunda kütləvi şəkildə istehsal olunur. Hazırda Aurus Senat sedanı və Komendant yolsuzluq avtomobili istehsal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
1 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
2 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
4 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
4 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
5 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
























