“Norm” ASC sement zavodunun 10 illiyini qeyd edir - FOTOLAR
(®) 2013-cü ildən istehsal fəaliyyətinə başlamış və böyük bir inkişaf yolu keçərək, bu gün Cənubi Qafqazın qabaqcıl sement istehsalçısına çevrilmiş Norm şirkəti Norm Sement zavodunun onilliyinə həsr olunmuş təntənəli tədbirlər keçirib.
Əsas missiyası tikinti materialları istehsalçısı kimi Azərbaycanda möhkəm, təhlükəsiz və ekoloji cəhətdən təmiz binaların inşasına dəstək vermək olan şirkət sement istehsalı və satışında onillik uğurunu öz müştəriləri ilə birlikdə qeyd edib. Bakı şəhərində və Azərbaycanın 9 müxtəlif bölgəsində bu yubileyə həsr olunmuş ziyafət tədbirləri keçirilib və bu tədbirlərdə 2000-dən çox müştəri iştirak edib. Silsilə tədbirlərin proqramına musiqi, şou, əyləncə, eləcə də müştərilərin təltifləndirilməsi daxil edilib.
Müştərilərinə üstün keyfiyyətli məhsul və xidmət təqdim edən Norm brendi bazara daxil olduğu gündən etibarən satış strategiyasında müştəriyönümlülük prinsipini rəhbər tutur və şirkət öz müştərilərini satış uğurunun açarı hesab edir.
İstehsal və digər əməliyyatlarını müasir standartlara və dövrün tələblərinə uyğun təşkil edən müəssisənin fəaliyyət strategiyasının mərkəzində isə ətraf mühitə həssas yanaşma, dayanıqlı inkişafa dəstək, müştəriyönümlülük və cəmiyyətə fayda vermək dayanır. Gələcək onilliklərdə də “Norm” ASC bu dəyərləri rəhbər tutaraq, ölkədə tanınan və bəyənilən inşaat materialları istehsalçısı olmağa davam edəcək.
Qeyd edək ki, “Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB

















