Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dövlətə məxsus 76 avtomobil hərraca çıxarılacaq

AzVak-mobil_resmin_ustu_31
Dövlətə məxsus 76 avtomobil hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.

"Marja.az" quruma istinadən xəbər verir ki, ilk hərraca 33 avtomobil çıxarılacaq. İstehsal tarixi 1988-2012-ci illər, start qiyməti 3-22 min manat arasında dəyişən avtomobillər Rusiya, Almaniya və Yaponiya istehsalıdır.

Növbəti hərraca isə 43 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1985-2013-cü illər arasında, start qiyməti 500-13.500 manat arasında dəyişir.

Beləliklə, ümumilikdə 76 avtomobil hərraca çıxarılacaq. Onların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər behi ödəyərək iştirakçı statusu almaq olar.

06.11.2023 12:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19