“Azersun Holding” çap ilə bağlı iri layihənin icrasına başlayır - FOTO
İlk dəfə olaraq bir Azərbaycan şirkəti çap infrastrukturunun idarəetmə sisteminin tətbiqini nəzərdə tutan belə irimiqyaslı layihənin icrasına başlayır(®) Azərbaycanda qida məhsullarının istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən aparıcı şirkətlər qrupu olan “Azersun Holding”in, eləcə də Azərbaycan bazarının ən böyük İT distribütorlarından biri olan “Gulfstream Distribution”ın əməkdaşlarından ibarət nümayəndə heyəti 25 oktyabr 2023-cü il tarixində “Canon CEE GmbH” şirkətinin Vyanada (Avstriya) yerləşən ofisində olub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini “Canon CEE” şirkətinin B2C satış və marketinq direktoru Maksim Boyko, B2B satış və marketinq direktoru Saso Lukiç, həmçinin Azərbaycan da daxil olmaqla 9 ölkə üzrə regional meneceri Əlişir Kərimov qəbul edib.
“Canon”un Avropa ofisinə səfərin əsas məqsədi şirkətin infrastrukturun idarə edilməsi üzrə aparıcı məhsulu - “uniFLOW” ilə tanışlıq olub. Bu sistem zəruri çap siyasətinin icrasına çevik yanaşma nümayiş etdirməklə, şirkəti tamamilə yeni təhlükəsizlik səviyyəsinə çıxarmağa və cari xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bundan əlavə, “uniFLOW” sistemi bütün çap infrastrukturunu müxtəlif funksiyalarla təmin edir. Bu, çap qurğularının sistemə inteqrasiyası üçün müxtəlif variantların mümkünlüyünü nəzərdə tutan multivendor məhsuludur.
Qeyd edək ki, son vaxtlar Azərbaycan şirkətləri tərəfindən bu növ məhsullara marağın artması müşahidə olunur. Əvvəllər bu cür həllərin əsas sifarişçiləri çap infrastrukturunun idarəetmə sistemlərinin tətbiqi üzrə qlobal təcrübəyə malik beynəlxalq şirkətlər idi. Bir çox hallarda sistemlər çap autsorsinqi üzrə kompleks layihələrin tərkib hissəsi kimi həyata keçirilirdi və əsas nəzarət və idarəetmə funksiyalarını təmin edirdi. Artıq əminliklə deyə bilərik ki, ilk dəfə olaraq bir Azərbaycan şirkəti çap infrastrukturunun idarəetmə sisteminin tətbiqini nəzərdə tutan belə irimiqyaslı layihənin icrasına başlayır. Gələcəkdə bu, Azərbaycanda bir çox təşkilatların daxili strategiyanın tərkib hissəsi kimi oxşar həllərə keçməsi üçün təkan olacaq.
“Azersun Holding”in son illər öz biznes prosesləri üçün rəqəmsallaşma strategiyası həyata keçirdiyini və bunun bariz nümunəsi kimi şirkətlər qrupunun SAP şirkətinin həllərinə keçid etdiyini nəzərə alsaq, “Canon”un “uniFLOW” səviyyəsində həllərinə maraq göstərilməsi kifayət qədər anlaşılandır. Bu zaman iqtisadi faydalardan əlavə, işin effektiliyinin və məlumatların təhlükəsizliyinin artması, avtomatlaşdırma və xərclərin azaldılması ön plana çıxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















