Azərbaycana xaricdən yeyinti məhsullarının gətirilməsinə çəkilən xərc azalıb
Azərbaycanın yeyinti məhsulları idxalı dəyər ifadəsilə azalıb. Azalma əsasən, buğda, kərə və bitki yağları, meyvə-tərəvəz idxalına çəkilən xərclərin azalması ilə əlaqədardır.
Marja.az-ın Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycana 1 milyard 576 milyon 127 min dollarlıq yeyinti məhsulları idxal olunub. 2022-ci ilin 9 ayı ərzində Azərbaycana 1 milyard 613 milyon 611 min dollarlıq yeyinti məhsulları idxal olunmuşdu. Beləliklə, yeyinti məhsullarının idxalı 37 milyon 484 min dollar azalıb.
Yeyinti məhsullarının cəmi idxal dəyərinin azalması buğda, kərə, bitki yağılarının, meyvə-tərəvəzin idxal dəyərinin aşağı düşməsilə əlaqədardır. Belə ki, Azərbaycana 2022-ci ilin 9 ayında 262 milyon 66 min dollar dəyərində 744 min 200 ton buxda idxal olunmuşdursa, 2023-cü ilin 9 ayında 210 milyon 742 min dollar dəyərində 792 min 331 ton buğda idxal olunub. Həmçinin, 2022-ci ilin 9 ayında 198 milyon 316 min dollarlıq 112 min 913 ton bitki yağları idxal olunmuşdursa, 2023-cü ilin 9 ayında 136 milyon 167 min dollar dəyərində 106 min 493 ton bitki yağları idxal olunub.
Həmçinin Azərbaycana kərə yağının idxalı 80 milyon 960 min dollardan 67 milyon 193 min dollara, meyvə-tərəvəz idxalının dəyəri isə 164 milyon 611 min dollardan 153 milyon 244 min dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
-
9 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
12 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
13 saat əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
14 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
14 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”
- 15 saat əvvəl
-
15 saat əvvəl
328 tam təmirli mənzil kirayə mexanizmi ilə satışda - aylıq ödənişləri 376 manatdan başlayır
-
15 saat əvvəl
İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib