“XCMG” texnikaları üçün Azərbaycanda böyük planlar - Rəsmi Xidmət mərkəzi, yeni məhsullar
”XCMG” Çin Xalq Respublikasının maşınqayırma sahəsinin lider şirkəti olaraq rəsmi nəşrlərin reytinqlərinə uyğun Rusiyada 1-ci, dünya bazarlarında isə 3-cü yerdə yerləşən bir şirkətdir.
Azərbaycanda XCMG şirkətinin rəsmi təmsilçisi olaraq “Promextech Az” adı altında fəaliyyətə başlamışıq və qısa müddət ərzində önəmli nəalyyətlər əldə edə bilmişik.
Bu günlərdə keçirilən “BakuBuilt” sərgisinə qatılaraq, ziyarətçilərə həm şirkət haqqında həmdə yerli bazara təqdim etdiyimiz məhsullar barədə geniş məlumat verməkdə müvəffəq olmuşuq.
Tədbir təşkilatçılarına minnətdarlığını bildirən “Promex Tech AZ” şirkətinin təsisçilərindən biri olan Xəyyam Nisanov isə qeyd edib ki, şirkət tikinti texnikası və avadanlıqlarının istehsalı ilə məşğul olaraq dünya bazarında ən geniş məhsul xəttini təqdim edir:
“Şirkətimiz dünyanın aparıcı istehsalçılarından maşın, avadanlıq və ehtiyat hissələrinin birbaşa, kompleks tədarükünün həyata keçirilməsində ixtisaslaşıb. Şirkət müxtəlif sənaye sahələrində istifadə üçün maşın və avadanlıqların tam çeşidini təklif edir. Şirkətimizin əsas vəzifəsi istehlakçıları müasir tikinti, yol, sənaye maşın və avadanlıqları, aparıcı dünya istehsalçıları, eləcə də ehtiyat hissələri ilə təmin etməkdir.
Məlumdur ki, ölkəmizdə sahibkarlığın və biznesin inkişafına dəstək yüksək səviyyədədir. Bu baxımdan beynəlxalq şirkətlərlə əməkdaşlıq etmək çox vacibdir. Eyni zamanda Yaxın günlərdə “Promex Tech AZ” şirkəti tərəfindən təşkil olunan “XCMG” şirkətinin rəsmi Xidmət mərkəzi fəaliyyətə başlayacaq ki, buda bizim umumi fəaliyyətimizə boyuk tovhə verəcəkdir. Ümumilikdə Azərbaycanda 74 növdən artıq 1000 çesidə yaxın genişlənmiş məhsul xəttini təqdim etməyə planlaşdırırıq. İlk sifariş olunan texnika nümunələri artıq ölkəyə daxil olub müştərilərimizə təhvil verilmişdir. Bütün təqdim etdiyimiz texnika nümunələri avropanın EAC sertifikatına malikdir və tam rəsmi zəmanətlidir. Zəmanət tam rəsmi XCMG şirkəti tərəfindən təmin olunur.
Hazırda, Promextech şirkəti Azərbaycanda yeqanə akkreditə olunmuş XCMG şirkətinin mühəndis dəstəyini təqdim edən şirkətdir. Müştərilərin təlabatlarını ən yüksək səviyyədə təmin etmək üçün XCMG şirkətinin mühəndis heyyəti, şirkətimizin baş ofisində daim təmsil olunur.
“Promex Tech AZ” şirkəti ilə əməkdaşlıq etmək istəyənlər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər:
Tel: (051) 252-51-11
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
5 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
5 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
9 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
10 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb

























