Dövlət şirkətinin xalis mənfəətində üçqat artım - 601 MİLYON GƏLİR, 86 MİLYON MƏNFƏƏT
“Azərbaycan Dəmir Yolları”nın xalis mənfəəti 3,2 dəfə artıb.“Azərbaycan Dəmir Yolları” QSC 2022-ci ili 86 milyon 156 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2021-ci ili 25 milyon 980 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Azərbaycan Dəmir Yolları”nın xalis mənfəəti 3,3 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından, həmçinin xərclərin azalmasından qaynaqlanır.
Marja.az “Azərbaycan Dəmir Yolları” QSC-nin 31 dekabr 2022-ci il tarixində tamamlanan il üzrə Konsolidə edilmiş Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ildə şirkətin cəmi əsas əməliyyat gəlirləri 488 milyon 932 min manat ikən, 2022-ci ildə 601 miylon 408 min manata yüksəlib (112 milyon 476 min manat və ya 23% artıb).
“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas əməliyyat gəlirlərinin 87,4%-i yükdaşıma fəaliyyəti üzrədir.
“Azərbaycan Dəmir Yolları”nın xarici valyuta mübadiləsindən xalis gəliri isə 109 milyon 838 min manatdan 71 milyon 909 min manata düşüb.
2022-ci ildə “Azərbaycan Dəmir Yolları”nın cəmi gəlirləri 673 milyon 317 min manat, cəmi xərcləri 587 milyon 161 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi gəlirləri 607 milyon 113 min manat, cəmi xərcləri 581 milyon 133 min manat olmuşdu.
31 dekabr 2022-ci il tarixində QSC 4 milyard 271 milyon 549 min manat cəmi aktivlər əmalik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
8 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
11 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
12 saat əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
13 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
13 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”
- 14 saat əvvəl
-
14 saat əvvəl
328 tam təmirli mənzil kirayə mexanizmi ilə satışda - aylıq ödənişləri 376 manatdan başlayır
-
14 saat əvvəl
İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib