Netflix-in səhmləri kəskin bahalaşıb
Şirkətin üçüncü rübdə abunəçilərinin sayının təxminən 9 milyon artdığını bildirməsindən sonra Netflix-in səhmləri 14 faizdən çox bahalaşıb.2023-cü ilin üçüncü rübünün nəticələrindən sonra Netflix-in səhmləri kəskin bahalaşıb.
Marja.az xəbər verir ki, qlobal internet televiziyası Netflix-in abunəçilərinin sayı ilin üçüncü rübündə 8,8 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı illik 10,8 faiz artaraq 247,2 milyon nəfərə çatıb.
Netflix üçüncü rüblük mənfəətini elan etdikdən sonra şirkətin səhmləri Nyu-Yorkda 16,05 faiz bahalaşaraq 401,77 dollara çatıb (Bakı vaxtı ilə saat 07:30-a olan məlumat) və 2021-ci ilin yanvarından bəri ən böyük qazancını qeyd edib.
Digər tərəfdən, bu il S&P 500 İndeksinin 12%-lik qazancını keçərək, 34 faizdən çox artıb.
Şirkətin ilin üçüncü rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 8,54 milyard dollara çatıb. Şirkətin gəliri ötən ilin eyni dövründə 7,9 milyard dollar təşkil etmişdi.
Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 1,68 milyard dollara çatıb. Keçən ilin üçüncü rübündə Netflix-in xalis mənfəəti 1,4 milyard dollar olmuşdu.
Şirkətin bir səhm üzrə mənfəəti həmin dövrdə 3,10 dollardan 3,73 dollara yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





