Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfrans keçirilib
17 oktyabr 2023 tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilati dəstəyi, “Liman Sığorta və Təkrarsığorta Brokeri”, “United Alliance Group”, “ZenithSurvey”, “Azerbaijan Maritime Registry of Shipping” şirkətlərinin sponsorluğu ilə Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfransı baş tutub.
Konfransda “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin Anderraytinq və Təkrarsığorta şöbəsinin müdiri Aydan Alxaszadə açılış nitqi ilə çıxış edib. Çıxışda o, konfransın məqsədi, sığortanın və təkrarsığorta brokerinin iqtisadiyyatdakı əhəmiyyəti barədə məlumat verib.
Konfransda Azərbaycan Sığortaçılar Assosiasiyasının, Mərkəzi Bankın Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin, Türkiyənin Sığorta İnstitutu Fondunun, Türkiyə Sığortaçılar Assosiasiyasının eləcə də sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri, çoxillik təcrübəyə malik dənizçilər, bir sıra dövlət qurumlarının və sığorta sahəsində yerli mütəxəssislər, iştirak ediblər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev konfansda çıxış edərək sığorta sektorunun inkişafı və dənizçilərə bu sahədə dəstəyi barədə ətraflı məlumat verib. Bu konfransın dənizçilər üçün əhəmiyyətini yüksək qiymətləndirib.
Konfransın gedişində iştirakçılar dənizçilərin sığorta sahəsində maarifləndirilməsi, sığorta brokerinin dənizçilər üçün əhəmiyyəti, icbari sığorta sistemlərinin üstünlükləri və inkişafı, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydası barədə geniş təqdimatla çıxış ediblər.
Konfrans çərçivəsində sığorta şirkətləri tərəfindən dənizçilər üçün sığorta məhsullarının təqdimatı da yer alıb. Təqdimat zamanı “Dənizçi kasko” və “Təcili Tibbi Dost” məhsulları haqqında geniş məlumat verilərək onun əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda “United Alliance Group” tərəfindən dənizçilər üçün yeni yaradılmış Dənizçiyə Könüllü Dəstək qaynar xətti platforması və onun faydası barədə ətraflı məlumat verilib.
Daha sonra mövzular ətrafında geniş müzakirələr aparılıb və dənizçilərin sualları ətraflı cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
1 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
1 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Sizin Lombard"a 7 illik müddətə 2 milyon manat lazımdır - İllik 15% ödəyəcək
-
3 saat əvvəl
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Sənaye şirkəti ləğv edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir





















.jpg)

