Ər-Riyadda Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Agentliyin nümayəndələri və Azərbaycan iş adamları Səudiyyə Ərəbistanında işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib. İşgüzar Şuranın bu dəfəki iclası tikinti sahəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əməkdaşlığına və investisiya qoyuluşu imkanlarına həsr olunub. Tədbirdə KOBİA-nın, Səudiyyə Ərəbistanı Palataları Federasiyasının və digər qurumların nümayəndələri, hər iki ölkədən tikinti sektorunda fəaliyyət göstərən iş adamları iştirak ediblər.
İşgüzar Şuranın həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə inşaat sektorunun inkişafı, bu sahənin biznes və investisiya imkanları barədə məlumat verərək, hər iki ölkənin işgüzar dairələrini bu sahədə fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, tikinti sektoru Azərbaycanda sürətlə inkişaf edən sahələrdəndir və məşğulluğun təmin edilməsi baxımından kənd təsərrüfatı və ticarətdən sonra 3-cü əsas sektordur. Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir.
İşgüzar Şuranın həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil isə şuranın növbəti iclasının Ər-Riyadda keçirilməsindən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluğunu bildirib, səfərin və şura çərçivəsində aparılan müzakirələrin hər iki ölkənin iş adamları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin, keçirilən tədbirlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iş adamları arasında tikinti sektoru ilə bağlı məlumat və təcrübə mübadiləsi aparılıb, şirkətlər tərəfindən təqdimatlar keçirilib, birgə təşəbbüslərin və layihələrin reallaşdırılması imkanları müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir. İşgüzar Şuranın ilk iclası 2023-cü ilin aprelində Ər-Riyadda, 2-ci iclası isə iyun ayında Şuşa şəhərində keçirilib.
Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının investisiya nazirinin beynəlxalq əməkdaşlıq üzrə müavini Məhəmməd Əl Hasnah ilə görüşüb. Görüşdə hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
KOBİA nümayəndələri Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) KOB Dəstək Mərkəzində KOB-lara göstərilən xidmətlərlə tanış olub, Agentliyin KOB inkişaf mərkəzləri ilə əməkdaşlıq imkanlarına, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə dair fikir mübadiləsi aparıblar.
Həmçinin, səfər zamanı Azərbaycan iş adamları Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Tikinti departamentinin nümayəndələri ilə görüşüb, "Build Industrial" müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 saat sonra
-
13 saat sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
ABŞ-Çin gərginliyi "alovlandı", qızılın qiyməti 4100 dollara yaxınlaşdı
-
1 saat əvvəl
2025-ci il Nobel İqtisadiyyat Mükafatının sahibləri açıqlanıb - “Hələ də heyrət içindəyəm”
-
2 saat əvvəl
“PAŞA Bank”dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası!
-
2 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
-
2 saat əvvəl
OPEC xam neft istehsalını artırıb, qlobal neft tələbi proqnozunu isə dəyişməyib
-
2 saat əvvəl
Çizgi filmi sənayesi: 2034-cü ilə qədər 895 milyard dollar həcmində bazar
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə sağlamlıq aksiyası

Əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq məhsullar alır

ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib
