"Azərkosmos"a yeni səlahiyyət verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Azərbaycanda filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun istismar etdiyi xarici kosmik obyektdən birbaşa yer stansiyası vasitəsilə mülki təyinatlı ilkin informasiyaların qəbulunu həyata keçirəcək.
Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, "Azərkosmos" mülki təyinatlı ilkin informasiyaların qəbulunu aşağıda göstərilən ayırdetmə göstəriciləri ilə həyata keçirəcək:
- Sintez olunmuş aperturalı (SAR) radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;
- Digər növ radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;
- Optik müşahidə cihazı olan kosmik obyektdən multispektral (MS) 2 metr və daha yüksək ayırdetməli ilkin informasiya;
- Optik müşahidə cihazı olan kosmik obyektdən panxromatik (PAN) spektrdə 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;
- Müşahidə cihazı olan kosmik obyektdən spektrin digər növlərində 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






