Qlobal qurum Azərbaycanda iqtisadi artımı ilə bağlı proqnozlarını pisləşdirdi
Azərbaycanda iqtisadi artımı proqnozları 0,5 və 0,1 faiz bəndləri azaldılıb.Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi artımı ilə bağlı proqnozunu pisləşdirib.
Marja.az xəbər verir ki, BVF Azərbaycanda iqtisadi artım üzrə 2023-cü il proqnozunu 3%-dən, 2,5%-ə, 2024-cü il üzrə isə 2,6%-dən 2,5%-ə endirib.
Azərbaycanda 2022-ci ildə iqtisadi artım 4,6% təşkil edib.
BVF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayına görə, Azərbaycanda 2023-cü ildə 10.3%, 2024-cü ildə 5.6% inflyasiya proqnozlaşdırılır. Hesabatın Aprel sayında proqnozlar müvafiq olaraq 11.3% və 8% idi.
Azərbaycanın neft hasilatının azalması və bu sektora investisiyaların azalması, yüksək inflyasiya iqtisadi artımı yavaşladır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü ildə baza ssenari üzrə ümumi daxili məhsulun (ÜDM) real ifadə 1,8 faiz artmaqla 111,6 milyard manata çatacağı proqnozlaşdırılır. Hökumət 2023-cü ildə Azərbaycanda inflyasiyanın 10,4 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















