ABB Tech Akademiyasında "Karyera Həftəsi" baş tutdu
(®) ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Tədbirdə ABB, Azərikard, Azercell, Azerconnect, Azintelecom, Unibank, Bank of Baku, Rabitəbank, Bank Respublika, Caspian İnnovation Center, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri də iştirak edib.
Tədbirin əsas məqsədi ABB Tech Akademiyasının tələbə və məzunlarını ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etmək olub.
Tələbə və məzunlar işəgötürənlərin təqdimatlarını dinləyib, şirkətlərdəki aktiv vakansiyalar, təcrübə proqramları barədə ətraflı məlumat əldə ediblər. Stendlərdə qurumların təmsilçilərindən suallarına cavab alıblar.
ABB Tech Akademiyası öz məzun və tələbələrinin işlə təmin olunmasına daim dəstək verir. Hazırda Akademiyanın məzunlarının 82%-i ölkəmizdə və xaricdə qabaqcıl şirkətlərdə çalışmaqdadırlar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
8 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
8 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
13 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
14 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb

























