Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“EY İlin İş Adamı” proqramı yerli sahibkarların bizneslərini dünyaya tanıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“EY İlin İş Adamı” proqramı yerli sahibkarların bizneslərini dünyaya tanıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil iştirakçı olmasında və iqtisadiyyatının dinamik inkişafında sahibkarların böyük xidmətləri var. Bəs EY ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına necə töhfə verir?

“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır. Bu sahibkarlar yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan insanlardır.

Reklam_3_11

Şirkətin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: “Biz dinamik və rəqabətli iqtisadiyyata inanırıq. Son illərdə pandemiya və geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların bizneslərinə öz təsirini göstərib. “EY”ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq, sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. İnanıram ki, bu əzm və dayanıqlıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərin inkişafı üçün çalışmağa davam edəcəklər”.

“EY İlin İş Adamı” müsabiqəsinin niyyəti nədir?

Dünyada 1986-cı ildən etibarən keçirilən müsabiqə Azərbaycanda ilk dəfə 2019-cu ildə yerli sahibkarları layiqincə qiymətləndirmək, dəstəkləmək və birləşdirmək niyyəti ilə təşkil olundu.

Müsabiqənin münsiflər heyəti “EY” şirkətinə aid olmayan və ölkənin ən nüfuzlu şirkətlərinin rəhbərləri və biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarətdir. İştirakçıların müraciətlərini hərtərəfli dəyərləndirən münsiflər fərqli nominasiyalar (“İnnovasiya”, “Sosial təsir” və “Regional inkişaf”) üzrə qalibləri müəyyən edirlər.

“EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik, əzm və dayanıqlılıq nümayiş etdirən iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır.

Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Beləliklə, proqram cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarları və onların ölkə iqtisadiyyatına verə biləcəkləri töhfələri tanıyır.

Proqram sahibkarlara hansı üstünlükləri qazandırır?

Beynəlxalq miqyasda ən nüfuzlu biznes mükafatlandırma proqramlarından biri kimi tanınan “İlin İş Adamı” müsabiqəsi hər ölkənin ən yenilikçi biznes liderlərini qiymətləndirir. Azərbaycanda da sahibkarlığın təşviq edilməsində əhəmiyyətli rolu olan “EY İlin İş Adamı” proqramında iştirak etməklə sahibkarlar öz bizneslərini həm yerli bazarda, həm də onun hüdudlarından kənarda inkişaf etdirmək imkanı qazanırlar. Həmçinin öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komanda profillərini yüksəldə bilirlər.

“EY İlin İş Adamı” müsabiqəsində qalib olan iştirakçılar milli və beynəlxalq səviyyədə tanınmaqla yanaşı, həm də böyüyən, keçmiş və cari ilin finalçılarını özündə cəmləşdirən “EY İlin İş Adamı” məzun icmasında güclü iş əlaqələri qururlar.

Bu proqramın bizneslərin inkişafına başqa nə təsiri var? Mükafatlandırma prosesində iştirak etməklə sahibkar müştəri, tərəfdaşlıq, birgə müəssisə və ya digər inkişaf imkanlarının axtarışında olan həmkarlar, sponsorlar, münsiflər və qonaqlar ilə əlaqələr yaradaraq brendinin daha yaxşı tanınmasına nail olur. Proqram iştirakçı şirkətləri perspektivli investorlar, işçilər və müştərilər üçün daha açıq edir, nailiyyətlərini qeyd etmək və komandanın töhfələrini açıq şəkildə nümayiş etdirmək üçün əhəmiyyətli platforma rolunu oynayır.

Milli mərhələnin qalibi isə Monakonun Monte-Karlo şəhərində keçirilən nüfuzlu “EY Dünya Üzrə İlin İş Adamı” yarışında iştirak etmək imkanını əldə edir.

Müsabiqədə istənilən sahibkar iştirak edə bilərmi?

“EY İlin İş Adamı” proqramı Azərbaycanda ən azı iki il fəaliyyət göstərən bütün şirkətlər üçün açıqdır. İştirak üçün namizədliyini irəli sürən sahibkar Azərbaycan vətəndaşı olmalı və şirkəti Azərbaycanda müvafiq dövlət orqanında qeydiyyatdan keçməlidir. Namizədlər şirkətin ən azı 20% hissəsinə sahib olmalı, onun fəaliyyətində əsas məsuliyyəti daşımalıdırlar. Həmçinin son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalı, namizədlər əvvəlki iki il üzrə maliyyə hesabatlarını təqdim edə bilməlidirlər.

Münsiflər üçün hansı sahibkarlar daha maraqlıdır?

Müsabiqənin seçimi zamanı münsiflər tərəfindən sahibkarlarda bir sıra amillərə xüsusilə diqqət yetirilir. Bəs bu amillər hansılardır? İlk növbədə yüksək liderlik bacarığı, işgüzar münasibətlərdə dürüst və şəffaf olan, komanda işinin dəyərini anlayan sahibkarlar qiymətləndirilir. Eyni zamanda müstəqil düşünmə qabiliyyətinə malik olan, biznes modellərinə, iş mədəniyyətinə və ya proseslərinə innovativ baxış və yanaşması olan, milli və dünya bazarlarına təsir göstərə bilən, bazarda yeni iş yerləri yarada və iqtisadiyyatın inkişafına töhfə verə bilən namizədlər də münsiflərin maraq dairəsindədir. Məqsədyönlü, cəmiyyətdə və ətraf mühitdə müsbət dəyişiklikləri dəstəkləyən, o cümlədən cəmiyyətə xeyriyyəçiliklə töhfə verən, təşkilatın strukturlarını və proseslərini optimallaşdırmaq üçün peşəkar fəaliyyətində mükəmməllik və yüksək standartları nümayiş etdirən, biliklərini bölüşən və başqalarına dəstək verən sahibkarların müsabiqədə iştirak üçün seçilmək və qalib gəlmək şansı daha böyükdür.

Qaliblər arasında qadın sahibkarlar da var

Məqsədyönlü və qabaqcıl sahibkarların ambisiyaları onları yeni zirvələrə doğru aparır. Bu müsabiqə ölkəmizin yenilikçi iş adamlarını cəmiyyətə və dünyaya tanıdır. Sağlam rəqabət mühiti yaradan “EY İlin İş Adamı” proqramı həm də ölkəmizin biznes mühitinə mühüm töhfə verir. Sevindirici haldır ki, müsabiqənin qalibləri arasında qadın sahibkarlar da var. Bu da ölkəmizdə qadın sahibkarlığının təşviqi baxımından əhəmiyyətlidir.

“EY İlin İş Adamı” proqramının Azərbaycan üzrə meneceri Nərmin Quliyevadır.

EYİlinİşAdamı Nərmin Quliyeva İlqar Vəliyev
06.10.2023 14:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ