“MKT İstehsalat Kommersiya” şirkəti şəhid övladlarına dəstək göstərir
(®) “MKT İstehsalat Kommersiya” MMC-nin şəhid övladlarına sosial dəstək proqramı davam edir.
“MKT İstehsalat Kommersiya” MMC Koporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində təşəbbüskar addımlar atmağda davam edir. Şirkət, şəhid övladlarına dəstək məqsədi daşıyan “Uşaqlar gələcəyimizin əmanətdir” adlı layihənin növbəti mərhələsini yekunlaşdırıb.
Bu mərhələ Aran rayonlarında yaşayan 44 günlük Vətən Müharibəsi, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanların 6-12 yaş aralığındakı (ibtidai sinif və orta məktəb şagirdləri) övladlarını əhatə edib. Avqust ayından etibarən Aran regionunda yaşayan şəhid övladlarına məktəbli formalarının hədiyyə edilməsi məqsədi ilə bağlı tədbirlər həyata keçirilib. Layihə uşaqların yeni tədris ilinə və gənclərin təhsilinə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində, uşaqlara müəyyən edilmiş yaş kateqoriyasına əsasən məktəbli formaları təqdim edilib.
Əlavə olaraq qeyd edək ki, layihənin ilkin mərhələsi iyun ayında başlamışdır. İlkin olaraq məktəbəqədər uşaqları əhatə edən layihədə Ağdam, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Tərtər, Goranboy, Zərdab rayonlarında yaşayan uşaqlar və onların ailələri iştirak etmişdir. Ölkədə təhsilə və cəmiyyətin rifahına töhvə verəcək belə təşəbbüskar layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Layihənin üçüncü mərhələsi isə önümüzdəki günlərdə yekunlaşacaqdır.
Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























