Kapital Bank-ın “Data workshop” tədbirinə qeydiyyat başladı
(®) Ölkənin birinci bankı Kapital Bank-ın “SUP.VC” şirkəti ilə birlikdə başlatdığı müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı layihənin 2-ci tədbiri “Data workshop” mərhələsinə qeydiyyat başladı. İki gün ərzində keçiriləcək tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən yüksək dayanıqlı məlumat bazaları ilə bağlı 4 müxtəlif mövzuda vörkşop keçiriləcək. Vörkşopda iştirakçılara real biznes tapşırıqları veriləcək, tapşırıqlar üzərində müzakirələr, analizlər aparılacaq və həll yolları təqdim ediləcək.
Tədbirin ilk günü, 16 oktyabr tarixində ekspert “Infortius Bilisim” konsultasiya şirkətinin təsisçisi Özer Günal olacaq. O, “Garanti BBVA” bankı kimi bankçılıq, sığorta, tibbi maliyyə və e-ticarət sektorunda böyük məlumatların idarə edilməsi, yönləndirilməsi üzrə beynəlxalq təcrübəyə sahibdir.
Data texnologiyaları sahəsindəki ən son yeniliklər isə Kapital Bank-ın Data menecment idarəsinin data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyevlə müzakirə ediləcək. O, texnoloji səyahətinə “Moskva Sillikon Vadisi Skolkovo” da innovativ startapda başlayıb. Ölkəmizdə bir neçə böyük şirkətin komandasında yer alıb. IBM-də fəaliyyəti zamanı bir çox transformasiya layihələrinə rəhbərlik edib. Paşa Bank, Sber Bank, Unikredi Bank və Aeroflot kimi tanınmış şirkətlər üçün konsaltinq xidməti göstərib.
Tədbirin ikinci günü 17 oktyabr tarixində isə beynəlxalq ekspert “Venom Analitiks” şirkətinin rəhbəri Bora Sezen olacaq. O, “KOÇ Group”, “Tanı” CRM firmalarında dataların idarə olunması üzrə rəhbər vəzifələrdə çalışıb. Pərakəndə, maliyyə, enerji sektorunda böyük məlumatların idarə olunması üzrə geniş təcrübəsi olan Bora Sezen iştirakçılarla “Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi” mövzusunda biliklərini paylaşacaq.
“Verilənlərin səyahətini necə izləməli və anlamalı” mövzusunda isə ekspert Mahir M.Quluzadədir. Bu sahədə 20 ildən çox təcrübəyə malik həmyerlimiz “Oracle Open World” (ABŞ), “UKOUG Tech 2018 -2019” (Böyük Britaniya), “DOAG 2018” (Almaniya) kimi beynəlxalq texnologiya konfranslarında verilənlər bazası sahəsində müxtəlif mövzularda çıxışları ilə yadda qalıb. 2015-ci ildə “Oracle” şirkəti tərəfindən “Oracle ACE” mükafatına layiq görülüb. 2019-cu ildə işində göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən “Tərəqqi Medalı” ilə təltif olunub. Hazırda Mərkəzi Bankda verilənlər bazası administratorları komanda lideri və böyük-mühəndis proqramçı kimi fəliyyətini davam etdirir.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: https://dataevents.az. Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.
Ünvan: Holiday Inn Baku (Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi)
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
-
26 d. əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 41 d. əvvəl
-
49 d. əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
1 saat əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
1 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
1 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
























