Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
(®) Azərbaycanda İKT və yüksək texnologiyalar sahələrində lider şirkətlərdən biri olan Azerconnect üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb. Azerconnect “Gələcək Fəaliyyət” üzrə Qızıl, “Müxtəliflik, Bərabərlik və İnklüzivlik” üzrə Gümüş, “İnsan Resursları” kateqoriyasında isə Bürünc mükafatlarını əldə edib.
Azerconnect şirkəti əldə etdiyi mühüm nailiyyətlərin davamı olaraq və əmək bazarında öz mövqeyini bir daha təsdiqləyərək icra etdiyi “İşçi Heyəti üçün Məsafədən İş Rejiminin İdarə edilməsini təmin edən proqramı” (FLEXcellence: Azerconnect-in hibrid iş rejimi proqramı) üzrə Ən Yaxşı İrəliləyişinə görə Qızıl, “Müxtəliflik, Bərabərlik və İnklüzivlik Təşəbbüslərdə” (INSPIRE. LEAD. CREATE: Azerconnect-in qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə proqramı) Ən Yaxşı İrəliləyişinə görə Gümüş, “Ən Yaxşı İmtiyaz, Sağlamlıq və Rifah Proqramına” (Feel the Customer: Azerconnect şirkətinin çağrı mərkəzi/ön ofis komandaları üçün rifah proqramı) görə isə Bürünc Mükafatları alıb.
Brandon Hall Group Mükəmməlik Mükafatı tədris və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı, istedadların cəlb edilməsi, insan resursları, satış nəticələri, müxtəliflik, bərabərlik və inklüzivlik, eləcə də gələcək fəaliyyət baxımından əldə edilmiş ən yaxı təcrübələrə görə təşəbbüsləri dəyərləndirir.
Qeyd etmək lazımdır ki, müraciətlər təcrübəli mütəxəssislər qrupu, müstəqil, yüksək səviyyəli sənaye ekspertləri, Brandon Hall Group analitikləri və rəhbərlərdən ibarət panel tərəfindən dörd meyar əsasında qiymətləndirilib. Bu meyarlar “Biznes ehtiyaclarına və mühitinə uyğunluq”, “Proqramın dizaynı, funksionallığı və çatdırılması”, “Qəbul, inteqrasiya, istifadəçi təcrübəsi, innovasiya və yaradıcılıq”, eləcə də “Ümumi effektivlik, təsir və ölçülə bilən imtiyazlar”dır.
“Azerconnect şirkətinin ölkəmizdə İKT və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi innovativ layihələrin beynəlxalq nüfuzlu şirkətlər tərəfindən mükafatlandırılması təqdirəlayiq haldır. Şirkətimiz insan resurslarının idarə edilməsi, ən son texnologiyaların ölkəyə gətirilməsi və tətbiqi istiqamətində öz fəaliyyətini daha da gücləndirəcəkdir” - deyə Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov bildirib.
“Nüfuzlu Brandon Hall Group tərəfindən bu mötəbər mükafatlara layiq görülməkdən böyük qürur hissi keçiririk. Bu mükafatların hər biri insan resurslarının idarə edilməsinin müxtəlif aspektlərində mükəmməlliyə və hibrid biznes modelinin həyata keçirilməsinə sadiqliyimizi, müxtəlifliyi və inklüzivliyi təşviq etmək üçün fəal mövqeyimizi, eləcə də əməkdaşların rifahına yanaşmamızı özündə əks etdirir. Bu mükafata layiq görülmək bizi müstəsna performans nümayiş etdirmək üçün daha da böyük səy göstərməyə sövq edir”, - deyə Azerconnect şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva qeyd edib.
“Mükəmməllik Mükafatının qalibləri öz əməkdaşlarına həqiqətən dəyər verən və insan kapitalının idarə edilməsi proqramları vasitəsilə onlara sərmayə yatıran təşkilatlardır. Bu insan kapitalının idarə edilməsi proqramlarının biznes dəyər və əməkdaşlara təsir baxımından ən yaxşıları olduğu sübut edilmişdir” – deyə, Brandon Hall Group Baş əməliyyat direktoru və HCM Excellence Awards proqramının rəhbəri Reyçel Kuk bildirib.
Azerconnect haqqında:
Azerconnect ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. İKT bazarının ən böyük işəgötürənlərindən biri olan Azerconnect texniki, informasiya texnologiyaları və digər əlaqəli istiqamətlər üzrə yerli şirkətlər üçün keyfiyyət göstəricilərinin artırılması və xərclərin optimallaşdırılmasını təmin edən optimal həllər təklif edir. Azerconnect müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Qeyd etmək lazımdır ki, Azerconnect şirkətinin innovativ “FLEXcellence” proqramı bundan əvvəl “Ən yaxşı çevik iş strategiyası” nominasiyası üzrə 2022-ci ildə “Azərbaycan İnsan Resursları İnstitutu” tərəfindən mükafata layiq görülüb. Həmçinin, Azerconnect insan resursları sahəsində mükəmməlliyinə görə altı fərqli kateqoriya üzrə dünyanın nüfuzlu “Ən Yaxşı İşəgötürənlər İnstitutu” (Top Employer Institute) tərəfindən Azərbaycanda 2023-cü il üzrə “Ən Yaxşı İşəgötürən” sertifikatına layiq görülüb.
Brandon Hall Group haqqında:
Brandon Hall Group, öyrənmə və istedad üzrə rəhbərlər və təşkilatlara məlumat, araşdırma və sertifikatlaşdırma təklif edən yeganə peşəkar inkişaf şirkətidir. İnsan kapitalının idarə edilməsində ən yaxşı zəkalar yeni dövr üçün gələcəyə davamlı işçilərin inkişaf planlarını yaratmaq istiqamətində Brandon Hall Group-u seçirlər. 30 ildən artıqdır ki, Brandon Hall Group 10 milyondan çox işçi və rəhbərlərin inkişafına təsir edərək, dünya miqyasında təşkilatlarda mükəmməlliyi gücləndirir, tanıdır və sertifikatlaşdırır. Brandon Hall Group-un insan kapitalının idarə edilməsi üzrə Mükəmməlik Mükafatı proqramı bu sahədə ən yüksək standartı təyin edərək, öyrənmə və istedad səylərinə görə təşkilatları təqdir edən ilk proqram olub.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
8 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
9 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq



















