DTX Xocavənddəki hadisəni terror aktı adlandırdı
19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalar zamanı, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
XXX
AAYDA Xocavənddəki mina partlayışı ilə bağlı məlumat yayıb
Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Nəticədə agentliyin 2 əməkaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
10 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























