Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə geriləyib - 120 -Cİ YERDƏYİK
Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin median (orta) sürətinə görə 182 ölkə arasında 28,7 MB/S sürətlə 120-ci yerdə qərarlaşıb.
“Speedtest Global Index”in hesabatına görə, bu iyul ayı ilə müqayisədə 3 pillə geriləmədir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (254,65 MB/S), sonuncu yeri isə Kuba (1,95 MB/S) tutub.
Məlumata görə, ölkəmiz avqustda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 42,94 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Bu isə iyula nisbətən 2 pillə irəliləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (210,89 MB/S), sonuncu - 145-ci yeri isə Kuba (4,34 MB/S) tutub.
Bundan başqa, avqustda Bakı şəhəri mobil internetin sürətinə görə sabit qalaraq 45,5 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 259,65 MB/S sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 4,11 MB/S sürətlə Kubanın Havana şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,21 MB/S sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 3 pillə geriləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 193 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 280,24 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 MB/S sürətlə sonuncu olub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















