Azərbaycandan daha çox valyuta çıxmağa başlayıb - İDXAL ARTIB, İXRAC AZALIB, SALDO KİÇİLİB
2023-cü ilin 8 ayında (yanvar-avqust) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 35 milyard 505 milyon 182 min ABŞ dolları, o cümlədən ixrac 24 milyard 354 milyon 572 min dollar, idxal 11 milyard 150 milyon 610 min dollar təşkil edib. Saldo müsbət 13 milyard 203 milyon 962 min dollar olub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 8 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 35 milyard 112 milyon 990 min ABŞ dolları, o cümlədən ixrac 26 milyard 244 milyon 574 min dollar, idxal 8 milyard 868 milyon 416 min dollar, saldo müsbət 17 milyard 376 milyon 157 min dollar olmuşdu.
Beləliklə, Azərbaycanın ixracının dəyərinin azalması, idxalının dəyərinin isə artması ilə əlaqədar olaraq xarici ticarət əməliyyatlarının həcmi, o cümlədən saldosu azalıb.
Azərbaycanın ixracı 7,2 % azalıb, idxal isə 25,7 % artıb. Son nəticədə xarici ticarət müsbət saldosu 24 % düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















