Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kapital Bank-ın sponsorluğu ilə “InMerge Innovation Summit” keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın sponsorluğu ilə “InMerge Innovation Summit” keçiriləcək

(®) Ölkənin birinci bankı Kapital Bank–ın sponsorluğu ilə innovasiya dünyasında dinamika yaradan “InMerge Innovation Summit” baş tutacaq.

Artıq 3-cü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, güclü əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir. 

Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri “Trendyol Group”un prezidenti Çağlayan Çetin, məşhur TED spikeri Maykl Ringel, “Shazam”ın təsisçisi Kris Barton kimi bir çox beynəlxalq ekspertlər iştirak edəcəklər. “InMerge Innovation Summit”in qonaqlarından biri də “Apple” şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov,   Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşəcəklər. 

Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.

30 noyabr-1dekabr tarixlərində, Bakı Konqres Mərkəzində baş tutacaq tədbir haqqında ətraflı məlumat almaq və bilet əldə etmək üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

InMerge Innovation Summit Kapitalbank
14.09.2023 16:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ