Dövlət şirkəti yığılmış zərərinin 108 milyon manatı aşdığını açıqladı
Ötən il də “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri artıb.
Marja.az ASC-nin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 31 dekabr 2022-ci il tarixində yığılmış zərər 108 milyon 416 min manat təşkil edib. 2021-ci ilin sonunda “Azəristiliktəchizat”ın yığılmış zərəri 100 milyon 126 min manat olmuşdu.
Dövlət şirkətinin yığılmış zərərinin 8 milyon 290 min manat artması ötən ili də zərər ilə başa vurduğuna işarədir.
31 dekabr 2022-ci il tarixində “Azəristiliktəchizat” ASC 151 milyon 863 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 148 milyon 815 min manat cəmi aktivlərə malik idi.
Ötən il Şirkətdə debitor borclar artaraq 8 milyon 844 min manatdan 10 milyon 593 min manata yüksəlib.
Dövlətə məxsus “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.
Hazırda "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini 2005-ci ildən sədr müavini vəzifəsində çalışan Mirzəliyev İlham Ata oğlu müvvəqəti icra etməkdədir.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC Mənfəət və zərər hesabatını dərc etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















