“Bakı Kristal Zalı”nın gəlirləri cüzidir, dövlət büdcəsinin pulu ilə saxlanılır
“Bakı Kristal Zalı” MMC 2022-ci ili 23 min 141 manat xalis mənfəət ilə başa vurub. MMC 2021-ci ili 28 min 814 manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə “Bakı Kristal Zalı”nın əsas əməliyyat gəlirləri 131 min 290 manat ikən, 2022-ci ildə 528 min 904 manata yüksəlib. Həmçinin, ötən il “Bakı Kristal Zalı” 2 milyon 940 min manat digər gəlirlər (büdcədən dəstək) əldə edib (2021-ci ildə də 2 milyon 940 min manat digər gəlirlər əldə etmişdi). “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna görə “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2 milyon 940 min manat ayrılmışdır.
“Bakı Kristal Zalı” MMC-nin cəmi əməliyyat gəlirləri 2021-ci ildə 3 milyon 35 min manat ikən, 2022-ci ildə 3 milyon 469 min manat təşkil edib.
Şirkətin cəmi əməliyyat xərcləri isə 2 milyon 998 min manatdan 3 milyon 440 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində “Bakı Kristal Zalı” 17 milyon 592 min manat yığılmış zərərə malik olub.
“Bakı Kristal Zalı” MMC-nin cəmi aktivləri 192 milyon manata yaxın olub. Onun 168 milyon 432 min manatı torpaq, tikili və avadanlıqların payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















