SAB ət məhsulları – Sağlam qida, sağlam həyat
(®) Bütün dünyada olduğu kimi, Azərbaycan mətbəxində də geniş istifadə edilən mal əti insan orqanizmi üçün olduqca gərəkli maddələrlə zəngindir. Ancaq ən faydalı mal əti, torpağın mineralları, faydalı maddələri ilə bəslənmiş yaşıl otlaqlarda qidalanan mal-qaranın ətidir.
Uzun illər kənd təsərrüfatı ilə məşğul olan fermerlər, habelə yerli texnoloqlar bildirir ki, bu ərazilərdə saxlanılan heyvanların əti ilə yanaşı, sağlamlığında da fərq var. Bu heyvanların müxtəlif xəstəliklərə yoluxma riski olduqca azdır. Şübhəsiz ki, ölkəmizdə meşələrdə, çöllərdə, habelə zəngin bitki örtüyünə məxsus yaylaqlarda yetişən şəfalı və eyni zamanda dərman bitkiləri kimi istifadə edilən yabanı şəkildə bitən yovşan, bağayarpağı, sürvə, üçyarpaq yonca, kəklikotu, andız, çobanyastığı, habelə çöl qatırquyruğu kimi bitkilərlə də qidalanmış, bəslənmiş iribuynuzlu malqaranın əti ən ləziz, ən dadlı, ələlxüsusda ən sağlam ət hesab edilir. Hər bir ölkədə ət və ət məhsulları bazarının durumu əhalinin ərzaq təminatı və sağlam qidalanma, habelə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətli bir məsələ hesab olunur. Qeyd edək ki, ölkəmizdə istehlak edilən ət və ət məhsullarının halallığı isə birmənalı olaraq vacibdir.
Məlumat üçün bildirmək istərdik ki, hələ 1998-ci ildə fəaliyyətə başlayan və ölkəmizdə ət və ət məhsulları sektorunun lider şirkəti kimi sağlamlıq, halallıq, dad və yenilik qaynağına çevrilən «SAB» Azərbaycanda ilk dəfə halal ət məhsulları istehsal etməyə başlayan qida şirkəti olmuşdur. Xüsusilə də qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanda ilk dəfə olaraq, islamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlandığına görə «SAB» ticarət nişanlı məhsulların keyfiyyətinə təminat vermişdir. İllər ərzində, «SAB» tədarükçülərə isbatladı ki, təzə dana ətindən, təmiz xammaldan, növbənöv ədviyyalardan istifadə etməklə ərsəyə gətirilmiş halal məhsullar, məhz ən dadlı, ən sağlam ət məhsullarıdır.
«SAB» artıq 25 ildir ki, yüksək keyfiyyətli ət və ət məhsullarının bənzərsiz dadı ilə həm süfrələrimizin, həm də Azərbaycanın əvəzolunmazına çevrilmişdir. İstehsalında yüksək keyfiyyəti və qida təhlükəsizliyini hər zaman ön planda tutan brend olaraq, istehlakçıları keyfiyyətli məhsullarla təmin etmək üçün qida təhlükəsizliyi sahəsində həmişə birincilikdə yer almışdır. Müasir texnoloji inkişafa uyğun olaraq gigiyenik, keyfiyyətli və dadlı məhsullar istehsal edən «SAB» məhsullarının istehsalında yalnız keyfiyyət meyarlarına və halal kəsim standartlarına cavab verən mal və toyuq ətindən istifadə edir. Qeyd edək ki, xammal olaraq istifadə ediləcək ətin təmin olunması üçün heyvanlar şirkətin qəssabları tərəfindən kəsilir, baytarlar tərəfindən yoxlanılır, möhür vurulur, sənədləşmə aparılır və sonda yoxlamadan keçmiş ət istehsalata daxil olur. Sənayemizin qabaqcıl şirkəti olaraq, əhalinin sağlamlığını qorumaq məqsədilə məhz «SAB» ekoloji təmiz, sağlam, halal və yerli iribuynuzlu mal-qaranın ətindən xammal kimi istifadə edərək çoxçeşidli ət məhsulları ilə bu gün süfrələrinizi bəzəyir.
Xüsusilə də, qeyd etməliyik ki, 100-dən çox çeşidə malik ət məhsulları (bişmiş, hisə verilmiş, çiy hisə verilmiş kolbasa çeşidləri, sosiska və sardelka növləri, delikateslər) halal, təmiz və təbiidir. Təkzibedilməzdir ki, yalnız «SAB» sağlam həyatı dəstəkləyir və insan sağlamlığına önəm verir. Sevdiklərinizin sağlamlığını qorumaq üçün «SAB»ı seçin.
SAB ət məhsulları – sağlamlığınım qədrini bilənlər üçün.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 9 d. əvvəl
-
-
13 d. əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
- 25 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
“Şahşərab” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Ən çox oxunanlar
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
























