“Aztelekom” MMC-nin biznes subyektləri üçün yeni tarif paketləri artıq satışdadır
“Aztelekom” MMC biznes subyektlərinin yüksəksürətli internetə artan tələbatını və istəklərini nəzərə alaraq yeni müştərilər üçün mövcud tarif paketlərini yenilənmiş tərkibdə təqdim edir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, yeni tariflər xüsusilə kiçik və orta bizneslərdə effektivlik və səmərəliliyin artırılmasına dəstək məqsədilə daha münasib qiymətlərlə və güzəştli şərtlərlə təqdim olunur.
-Yenilənmiş tariflər aşağıdakılardır:
-GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə)
-ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti)
-DIA (Ayrılmış İnternet Kanalı) texnologiyaları vasitəsilə
Qeyd edilib ki, xüsusilə GPON tariflərində yeni tarif paketini seçəcək biznes subyektləri təqdim olunan güzəştlərlə yanaşı, Tvin TV-dən də (GPON texnologiyasına qoşulmaqla) istifadə edə biləcəklər. Eyni zamanda, cari paketlərdən istifadə edən müştərilərin Tvin TV-yə olan tələbatı da nəzərə alınıb. Belə ki, mövcud müştərilərə “Aztelekom”un daha sərfəli yeni GPON tarif və paketlərini seçməklə Tvin TV-dən istifadə imkanı təqdim olunur.
Biznes subyektləri Tvin TV-ni əldə etməklə 247 ədəd TV kanalı, həmçinin verilişlərin 7 günlük arxivini heç bir yaddaş kartı olmadan izləmək, avadanlıqda “YouTube” və "Netflix" kimi tətbiqlərdən istifadə etmək imkanına sahib olacaqlar. İstifadəçilər adi TV deyil, Smart TV funksiyalarına malik xidmət əldə edəcəklər.
Yeni tariflər biznes sahiblərinə daha əlverişli və daha əlçatan şərtlərlə internet xidmətindən istifadə etmək imkanı yaradacaq. Belə ki, sahibkarlar tariflərlə paralel olaraq istifadəyə veriləcək paket şəklində təklif edilən xidmətlər vasitəsilə bizneslərinə lazım olan bütün xidmətlərdən cari istifadə etdikləri GPON tariflərini dəyişmədən yararlana biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























